Elman Muxtarov
Elman Muxtarov (12 dekabr 1994, Goranboy) — Azərbaycanı təmsil edən güləşçi.[1]
Elman Muxtarov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elman Coşqun oğlu Muxtarov |
Vətəndaşlığı |
![]() |
Doğum tarixi | |
Doğum yeri | Goranboy, Azərbaycan |
Boyu | 165 sm. |
İdman növü | Güləş |
Karyera illəri | 2003—2021 |
Məşqçisi | Hicran Şərifov |
Komandası | Neftçi İdman Klubu |
Karyerası
Elman Muxtarov 2009-cu ildə Serbiyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu.[1] Bir il sonra, 2010-cu ildə Elman Muxtarov Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı.[2] Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0).[2] Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu.[2] Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1).[2] Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu.[2] Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0).[2] Bununla da Elman Muxtarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[1][2]
2011-ci ildə Elman Muxtarov Polşada yeniyetmələr arasında Avropa Çempionatının və Macarıstanda yeniyetmələr arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu.[1] 2013-cü ildə isə Elman Muxtarov KYRM-da gənclər arasında Avropa Çempionatını gümüş, Bolqarıstanda isə gənclər arasında Dünya Çempionatını bürünc medallarla başa vurdu.[1] Elman Muxtarov 2014-cü ildə Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında Dünya Çempionatının qalibi oldu.[1]
2015-ci ilin aprelində İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qızıl medalına sahib olan Elman Muxtarov iyunda Birinci Avropa Oyunlarında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[1] Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elman Coşqun oğlu Muxtarova "Tərəqqi" medalı ilə təltif edildi.[3]
Avropa Oyunlarında sonra Elman Muxtarov beynəlxalq turnirlərdə uğursuz nəticələrə imza atdı.[1] 2018-ci ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini bürünc medalla başa vuran Elman Muxtarov 2019-cu ildə Kiyev şəhərində Kiyev Turnirinin də bürünc medalına sahib oldu.[1] Elman Muxtarov həmin il həm də Tbilisi şəhərində G. Kartozia & V. Balavadze Turnirinin qalibi oldu.[1] 2019-cu il Dünya Çempionatında uğursuz çıxış edən Elman Muxtarov daha idmanla vidalaşdı.[1]
Həbs edilməsi
Elman Muxtarov 2023-cü ilin yanvarında Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) və 181-ci (quldurluq) maddələri üzrə həbs edilib.[4] Elman Muxtarov 2022-ci ildə münasibətdə olduğu qadının evinə basqın edib və həmin vaxt qadının əri olan şəxsə bıçaqla xəsarət yetirib, həmçinin evdən də 2800 manat pulu götürüb. Nəticədə Elman Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nəticələri
Yeniyetmələrin Avropa Çempionatı | ![]() |
|||
Yeniyetmələrin Olimpiya Oyunları | ![]() |
|||
Yeniyetmələrin Avropa Çempionatı | ![]() |
|||
Yeniyetmələrin Dünya Çempionatı | ![]() |
|||
Gənclərin Avropa Çempionatı | ![]() |
|||
Gənclərin Dünya Çempionatı | ![]() |
|||
Yadigar İmam Turniri | ![]() |
|||
Gənclərin Avropa Çempionatı | ![]() |
|||
Gənclərin Dünya Çempionatı | ![]() |
|||
V. Əmrə Turniri | ![]() |
|||
Avropa Oyunları | ![]() |
|||
Taxti Turniri | ![]() |
|||
U23 Avropa Çempionatı | ![]() |
|||
U23 Dünya Çempionatı | ![]() |
|||
D. Kolov - N. Petrov Turniri | ![]() |
|||
Avropa Çempionatı | ![]() |
|||
Kiyev Turniri | ![]() |
|||
G. Kartozia & V. Balavadze Turniri | ![]() |
|||
Dünya Çempionatı | ![]() |
|||
Fransa Qran-Prisi | ![]() |
İstinadlar
- International Wrestling Database. "ELMAN MUKHTAROV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- Azerisport.com idman portalı. "Азербайджан начал Олимпиаду с двумя золотыми наградами (ОБНОВЛЕНО)". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 30.06.2015. 2015-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.06.2015.
- Qafqazinfo.az xəbər portalı. "Azərbaycanda tanınmış güləşçi həbs edildi". www.qafqazinfo.az ( (az.)). 24.01.2022. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.01.2022.