Elman Mirzəyev

Elman Mirzəyev (1959, Bakı) — kino rəssamı, ikinci rəssam, rəssam assistenti.

Elman Mirzəyev
Doğum tarixi 1959
Doğum yeri
Fəaliyyəti rəssam
Təhsili

Həyatı

1959-cu ildə Bakı şəhərində anadan olub.

1980-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.

1982-ci ildən "Kirpi" satirik jurnalı ilə sıx əməkdaşlıq edir, eyni zamanda respublikada çap olunan mətbuatda karikaturaçı rəssam kimi çalışır.

1982-ci ildən Kinostudiyada cizgi-filmləri rəssamı kimi çalışıb.

1985-ci ildən "Marianet kuklalar" teatrının aparıcı rəssamıdır.

2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1999-2003-cü illərdə Bakıda fərdi sərgiləri keçirilib. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq Karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır.

Əsərləri onlarla kataloqda dərc olunub. UNESCO-nun xüsusi mükafatına layiq görülüb.

2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun vitse-prezidentidir

Filmoqrafiya

  1. Yatmaq vaxtıdır (film, 1984)
  2. Bir axşam... (film, 1985)
  3. Anam ağaca çıxıb (film, 1986)
  4. Seans (film, 1988)
  5. Söhbətül-əsmar (film, 1994)

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.