Elman Eldaroğlu

Elman Eldaroğlu (tam adı: Elman Eldar oğlu Mustafayev) — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Elman Eldaroğlu
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan

Həyatı

Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində anadan olub.

1973-1976-cı illərdə Sumqayıt şəhərində fəaliyyət göstərən 9 saylı orta məktəbdə ibtidai təhsilini alıb. 1976-1981-ci illərdə 17 saylı orta məktəbdə oxuyub. 8 illik təhsilni həmin məktəbdə başa vurduqdan sonra 1981-1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsilini davam etdirib, eyni zamanda "Sosialist Sumqayıtı" qəzetində fəaliyyət göstərmiş iki illik jurnalistika kursunda bu peşənin sirlərinə yiyələnərək, həmin qəzetin ştatdankənar müxbiri işləyib.

1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnistitutuna qəbul olunub. Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin yaradıcısı, "Yardımlının səsi" müstəqil qəzetinin təsisçisi və baş redaktorudur.

"Alın yazısı", "Bir yarpaq ömrü" şeir, "Bir elin övladları", "Ömrün Yardımlı döngəsi" publisistik kitabların və 20-dən çox maarifləndirici kitabçanın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

19 noyabr vertalyot qəzasında həlak olmuş Vəli Məmmədov haqqında "Millətin Vəlisi", kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında "Odlu həyat", tanınmış el ağsaqqalı Baxas Qubadov haqqında *Söz və əməl sahibi* sənədli filmlərinin təşkilatçısı və quruluşçu rejissorudur.


Kitabları

  • "Alın yazısı",
  • "Bir yarpaq ömrü",
  • "Bir elin övladları"
  • "Ömrün Yardımlı döngəsi"

Xarici keçidlər

Yardımlı Xeyriyye Cemiyyeti "Söz və əməl sahibi"

Vəli Məmmədov haqqında film- https://www.youtube.com/watch?v=a6mgq0iXrEI

Mərhum kimyaçı alim Nərçə Ağayev haqqında film və təqdimat- https://www.youtube.com/watch?v=fCuX0kiDS-w

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.