Elməddin Əlibəyzadə
Elməddin Məhəmməd oğlu Əlibəyzadə (5 noyabr 1925, Muxas, Oğuz rayonu, Azərbaycan SSR – 26 mart 2015, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor.
Elməddin Əlibəyzadə | |
---|---|
Elməddin Məhəmməd oğlu Əlibəyzadə | |
Doğum tarixi | |
Doğum yeri | Muxas, Oğuz rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | Türkologiya, filologiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Həyatı
Elməddin Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Son iş yeri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu olub.
İslamaqədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusiylə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə məşğul olmuşdur.
Kitabları
- Ədəbi şəxsiyyət və dil. Bakı: Yazıçı, 1983, 200 s.
- Qədim dünyamızın ulu kitabı. Bakı: Gəncllik, 1996,120 s.
- Ana kitabələr. Bakı: Azərnəşr, 1996, 228s.
- Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr). Bakı: Gənclik, 1998, 524 s.
- “Kitabi Dədə-Qorqud” Bakı: Azərbaycan Tərcümə mərkəzi,1999, 332s.
- İqrar Əliyevin əleyhinə 9 məqalə. Bakı: Təfəkkür, 2000.84, s.
- Nizami və tariximiz. Bakı: ADPİ-nin mətbəəsi, 2004.188, s.
- “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir. Bakı:Yurd, 2005, 140s.
- Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları. Bakı: Elm, 2007.188 s.
- Azərbaycan dilinini tarixi, I cild (Qədim dövr). Bakı: Azərbaycan Tərcümə mərkəzi,2007, 660 s.
- Azərbaycan dilinini tarixi, Iİ cild (Klassik dövr). Bakı: Azərnəşr, .2008, 640.s.
- Azərbaycan ədəbiyyatı tarixi, (ən qədim dövrlər), Bakı: Qaraçağ, 2009, 832s.
- Azərbaycanşünaslığa giriş. Bakı: Ozan, 2010, 860 s.