Ellora mağaraları

Ellora mağaralarıHindistanda Maharaştra ştatında yerləşən Ellora kəndindəki mağaralar sistemi.

1983-cü ildən UNESCO bədii irsinə daxil edilmiş bu məbəd və qalalar 6-9 əsrlərə aiddir. 34 mağaradan 12 buddist, 17-isi induizm, 5 isə caynist məbədidir.

Haqqında

Hindistanda Maharaştra əyalətinin şimalında Auranqabad şəhərinə 30–40 km uzaqlığında olan Ellora mağaralarının tarixi olduqca qədimdir. Acanta mağaralarına çox yaxındır, lakin aralarındakı fərqdən ötrü iki mağara müqayisə belə edilə bilməz. Ellorada yalnız şəkillər deyil, heykəl və heykəlciklər də aşkarlanmışdır və əlavə olaraq tək bir məbəd deyil bir çox dinə aid məbədlər də tapılmışdır.

Mağaralar şimal-cənub istiqamətində oyulublar və ən başdakı mağara ilə ən sondakı arasında təxminən 2 kilometr məsafə var. Bu sahədə cəmi 34 mağara var. Bu 34 mağaradakı məbədlərın hamısı eyni dinə aid deyil. 17 induizmə, 12 buddist və 5 dənə də caynist məbədi mövcuddur ki, bu da tarixdə fərqli dinlərə xidmət etdiyini ortaya qoyur.

Mağaralarda olan şəkillər və heykəllər həqiqətən sənətkarlıq möcüzəsidir və bu heykəllər burada keçirilən dini mərasimlər haqqında məlumatlar verməkdədir. Bir çox dinə xidmət edən bu mağaralarda ilk məbədlər buddistlər tərəfindən inşa edilmişdir. Qayaların içinə oyulan məbədlərin quruluşları çox keyfiyyətli və indiki vaxtda da xüsusiyyətini və orijinal quruluşunu itirməmişdir. Mağaraların ən ortasında ana məbəd Kaysala yerləşir. Tarixçilərin apardığı araşdırmaya görə bu məbədin tikilməsi 150 il davam etmiş və təxminən 7.000-10.000 işçi bu məbədlərin tikintisində işləmişdirlər.

Hindu mifologiyasında Tanrı Şivanın evi olaraq bilinən Kaysala sözündən adını alan məbəd möhtəşəmliyi ilə seçilir. Kaysala adında Himalaya dağlarında bir dağın adı da mövcuddur.

Kaysala məbədini fərqləndirən əsas xüsusiyyət qayaların ətrafında oyularaq yaradılan bir həyətə sahib olmasıdır. Araşdırmalar 200.000 ton qayanın çəkic ilə oyulması və kəsilməsi ilə bu məbədlərin meydana gəldiyini göstərir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.