Ellinizm ədəbiyyatı
Ellinizm ədəbiyyatı qədim yunan ədəbiyyatının əsas mərhələlərindən biridir. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələri Kallimax, Feokrit, Rodoslu Apolloni, Menandr olmuşdur.
Kallimax
Ellinizm ədəbiyyatının ən görkəmli şairidir. Dastanın dövrünün keçdiyini və kiçik şeirlər yazmaq lazım olduğunu söyləmişdir. Epiqramlar və satirik şeirlər yazmışdır. Dörd hisədən ibarət “Səbəblər” kitabı kiçik mənzum hekayələrdən ibarətdir.
Rodoslu Apolloni
Kallimaxın tələbəsi olmuş və onun fikirləri əleyhinə çıxmışdır. “Arqonavtiklər” dastanını yazmışdır.
Feokrit
Feokrit ellinizm dövründə yaranan kiçik şeirlər yazmaq ənənəsinin davamçısı olmuş İskəndəriyyə şairlərindən biridir. Qədim yunan ədəbiyyatında kiçik şeirləri xüsusən bukolikaları ilə tanınır. Bukolika- çoban nəğməsi janrının banisidir.
Menandr
Yeni attik komediyanın ən görkəmli nümayəndəsi olmuşdur.