Ella Leya

Ella Leya (tam adı: Ella Leya; XX əsr, Bakı) — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisiyazıçısı.[1]

Ella Leya
Ümumi məlumatlar
Doğum tarixi XX əsr
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Bəstəkar
Söz yazarı
Yazıçı
Fəaliyyət illəri 1998 - h.h.
Janrlar Caz
Dünya musiqisi
Pop
Klassik
Musiqi alətləri vokal
piano
Albom şirkəti B-Elite Music
Əlaqələri Farid Haque, Canina Qavankar, Adam Del Monte
ellaleya.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ella Leya Bakı şəhərində anadan olmuşdur. Əvvəl Moskvaya köçmüş, daha sonra ABŞ-yə mühacirət etmişdir. 1990-cı ildə ABŞ-də sığınacaq almışdır.[2]

Fəaliyyəti

"Qadınların sirli həyatı", "Gecə kraliçası""Rus romansları" adlı albomları yüksək dəyərləndirilib. "Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir.[3]

Ella Leya özünün SELAH caz orkestri ilə Avropa və ABŞ-yə dünya turuna çıxmışdır.

2015-ci ildə ilk romanı - "Yetim səma" dərc olunmuşdur. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin həqiqətlərini təsvir edir. Əsərdə Qız qalası da təsvir olunur. Elə müəllif əsəri əvvəlcə "Qız qalası" adlandırmış, sonradan naşirin fikri ilə dəyişdirmişdir.[4]

Sənətçinin əsərləri "Ouşenin 12 dostu", "PU-239", "Samantha Who", "Dirty Sexy Money" və "My Sassy Girl" filmlərində səslənib.[3]

İstinadlar

  1. "Ella Leya: American Jazz By Way Of Azerbaijan, National Public Radio (NPR), April 2, 2011". April 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2012.
  2. "Ella Leya" (ingilis). lareviewofbooks.org. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  3. Tural. "Əslən bakılı Hollivud ulduzu qadınların sirrini axtarır". news.milli.az. 15 Dekabr 2010. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  4. "Ella Leya: "Romanı yazanda Azərbaycanla bağlı nostalji hisslər yaşadım"" (az.). aydinyol.az. 06.04.2018. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.