Elis Manro

Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[1][2][…]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı.

Elis Manro
ing. Alice Munro
Doğum adı Alice Ann Munro
Doğum tarixi 10 iyul 1931(1931-07-10)[1][2][…] (92 yaş)
Vətəndaşlığı
Həyat yoldaşları
  • bilinmir (19511972)
Təhsili
  • Qərbi Ontario Universiteti[d]
Fəaliyyəti yazıçı, ssenarist, roman yazıçısı, hekayə yazıçısı[d], jurnalist
Fəaliyyət illəri 1950-ci ildən
Əsərlərinin dili ingilis dili
Janr hekayə
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
ədəbiyyat üzrə Nobel mükafatı
Order of Ontario
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Viktoriyada "Munro's Books" kitab mağazasının giriş qapısı

Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı. 1976-cı ildə o coğrafiyaşünas Cerald Fremlinlə ailə qurdu.

Əsərləri

Elis Manronu "Kanadanın Çexovu" adlandırırlar. O, 13 hekayə kitabından əlavə, bir roman müəllifidir. Hekayələrində Kanadanın kiçik qəsəbələrində yaşayan insanların həyatlarından bəhs edən Manro sevgi və ölüm kimi mövzuları ön plana çıxarıb. Hekayələrin mərkəzində qadınlar dayanır. Ana-qız, qız-ana-nəvə, ata-qız münasibətləri Manro yaradıcılığının əsasını təşkil edir. Manronun qadın obrazları mədənidir, kitab oxuyandır, Virciniya Vulf, Ceyms Coysu oxuyub müzakirə edirlər. Məsələn, "Kortes Adası" hekayəsindəki kiçik gəlin obrazı yazıçı olmağa çalışır. "Bəzi qadınlar" kitabındakı "Hekayə" adlı yazısında da yazıçı olan Kristinadan danışılır.

Yazıçının Türkiyədə "The children stay" ("Çocuklar kalıyor"), "Too Much Happiness" ("Bazı kadınlar"), "Runaway" ("Kaçak") kitabları, rus dilində "Wood" ("Лес"), "Настоящая жизнь", "Жребий" və "Лицо" hekayələri çap olunub.

Mükafatları

2009-cu ildə Elis Manro "Buker mükafatı"na layiq görülüb.

2013-cü ildə Nobel Komitəsi "müasir qısa hekayə janrındakı ustalığına görə" Elis Manronu Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan etdi.

Qısa hekayə kitabları

Orijinal adı Azərbaycanca adı Yayımlandığı il Aldığı mükafat
ing. Dance of the Happy ShadesŞən kölgələrin rəqsi1968General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi
ing. Lives of Girls and WomenQızların və qadınların həyatı1971
ing. Something I've Been Meaning to Tell YouSizə demək istədiyim bir şey vardı1974
ing. Who Do You Think You Are? (ing. Beggar Maid)Sən özünü nə hesab edirsən? (Kasıb xadimə)1978General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi
ing. The Moons of JupiterYupiterin peykləri1982
ing. The Progress of LoveSevginin irəliləyişi1986General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi
ing. Friend of My YouthGənclik dostum1990Trillium kitab mükafatının qalibi
ing. Open SecretsAşkar sirlər1994
ing. The Love of a Good WomanYaxşı qadının sevgisi1998Giller mükafatının qalibi
ing. Hateship, Friendship, Courtship, Loveship, Marriage (ing. Away From Her)Nifrət, dostluq, nəvaziş, bağlılıq, evlilik (Ondan uzaqda)2001
ing. RunawayQaçaq2004Giller mükafatının qalibi
ing. The View from Castle RockKastl-Rokdan baxış2006
ing. Too Much HappinessHəddən artıq sevinc2009
ing. Dear LifeƏziz həyat2012

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.