Elgün Həmidov

Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru.

Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov
Doğum tarixi 2 yanvar 1983(1983-01-02) (41 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 2011-ci ildən
Təhsili

Həyatı

Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur.[1] 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır.[1]

2021-ci ildə ailə həyatı qurmuşdur.

Aktyor fəaliyyəti:

2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir.[1] 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir.

2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir. 2018-ci ildən Azərbaycan Dövlət Kukla Teatrında işləyir.

2011-ci ildə Qazaxıstan Beynəlxalq Tələbə Tamaşaları Festivalında "Qran-Pri", 2012-ci ildə Gənclərin ll Ümumrespublika Teatr Festivalında "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə Birinci yer və digər tamaşa ilə "Ən yaxşı tamaşa" nominasiyasına görə Üçüncü yer, 2012-ci ildə "QHT-GYF" bədii qiraət yarışmasında birinci; 2014-cü ildə Azad Azərbaycan TV-dəki bədii qiraət müsabiqəsində ikinci yer, 2022-ci ildə "Ən Yaxşı Kukla Tamaşası" nominasiyası üzrə Birinci yerə layiq görülmüşdür.

Rejissor fəaliyyəti:

Estrada nömrələri: — "Kimdir müqəssir?" (Ə. B. Haqverdiyev), "Qaranlıq" (Anar), "Qoca tarzən" (Ə. B. Haqverdiyev), "Ögey" (O. Fikrətoğlu), həmçinin müəllifi olduğu "Yer və İnsan", "Qara Qutu" tamaşalarına quruluş vermişdir.

Festivallar

Festival Tamaşanın adı Nominasiya Tarix Keçirildiyi yer Nəticə
Gənclərin I Ümumrespublika Teatr Festivalı "Aslanın erkəyi dişisi olmaz" (ADMİU)
2011 Bakı, Azərbaycan Azərbaycan
YoxN
Qazaxıstan Beynəlxalq Tələbə Tamaşaları Festivalı "Adi əhvalatlar" (ADMİU) Ən yaxşı tələbə tamaşası
("Adi əhvalatlar" tamaşasına görə)
2011 Almatı, Qazaxıstan Qazaxıstan "Qran-Pri"[1]
Gənclərin II Ümumrespublika Teatr Festivalı "Ağacın naləsi" (ADMİU) Ən yaxşı kişi rolunun ifaçısı[2]
("Ağacın naləsi" tamaşasına görə)
2012 Bakı, Azərbaycan Azərbaycan I yer
Gənclərin II Ümumrespublika Teatr Festivalı "Müdaxilə" (ADMİU) Ən yaxşı tamaşa
("Müdaxilə"[1] tamaşasına görə)
2012 Bakı, Azərbaycan Azərbaycan III yer
Adana Büyükşehir Belediyyesi V Şəhər Teatrları Festivalı "Elçilik" ("Təklif", Azərbaycan Dövlət YUĞ Teatrı) 2018 Adana, Türkiyə
Milli Klassika Festivalı "Məlikməmməd" (Azərbaycan Dövlət Kukla Teatrı) Ən yaxşı kukla tamaşası ("Məlikməmməd" tamaşasına görə) 14 dekabr 2022 Bakı, Azərbaycan l yer
Taldı-Kurqan Beynəlxalq Teatr Festiva "Toy dəsgahı" (Azərbaycan Dövlət YUĞ Teatrı) 3 oktyabr 2023 Taldı-Kurqan, Qazaxıstan
20-ci Uluslararası Bursa Karagöz Kukla Gölge Oyunları festivalı "Məlikməmməd" (Azərbaycan Dövlət Kukla Teatrı) 14 dekabr 2023 Bursa, Türkiyə

Qastrollar. (xarici)

Ölkə/Şəhər Tamaşanın adı Tarix Teatr
Tiflis, Gürcüstan Stop 2017 ADO
Tiflis, Gürcüstan Göydən 3 banan düşdü 2018 ADO
Mersin, Türkiyə Metamorfoza 2018 YUĞ

Layihələr

Layihənin adı Tamaşanın adı Tarix Məkan Rejissor
Gənclərə dəstək layihəsi Qara qutu (Elgün Həmidov) 2013 Azərbaycan Dövlət YUĞ Teatrı Elgün Həmidov
İngiltərə və Azərbaycanın birgə layihəsi Oyuncaq evi (H. İbsen) 2016 Yarat Müasir İncəsənət Mərkəzi Metyu Zak Paneş
YUĞ teatrının layihəsi Toy səyahəti — performans (M. Musabəyli) 2016 YUĞ teatrı Mikayıl Mikayılov
ADO teatrının layihəsi Yer və insan — performans-tamaşa (E. Həmidov) 2017 ADO teatrı Elgün Həmidov
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi O qadın (S. Haqverdiyeva, S. Sultanova, A. Aslanlı) 2019 A. Şaiq adına Azəbaycan Dövlət Kukla Teatrı Günay Səttar
"Ədibin evindən hekayələr" ASAN Radio ilə "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun birgə media layihəsi Şəngül, Şüngül, Məngül (nağıl, M. Müşfiq) 1 iyun 2021 Mir Cəlal Paşayevin Ev Muzeyi
ATLAS yapımın layihəsi (Türkiyə) Peter Pan Hayal Adası (uşaq tamaşası) 24 dekabr 2023 Nizami Kino Mərkəzi

Səsləndirmələr

Əsərin adı Müəllif Format
Qəlbini itirən adam Bestami Yazqan kitab
Çitləmbikin macəraları Firdevs Kapsızoğlu kitab
Sadiq dost Oskar Uayld hekayə
Xoşbəxt şahzadə Oskar Uayld hekayə
Məmurun ölümü Anton Pavloviç Çexov hekayə
Qüssə Anton Pavloviç Çexov hekayə
Zərif nəfəs İvan Bunin hekayə
San-Fransiskolu cənab İvan Bunin hekayə
Cırtdan Azərbaycan xalq nağılı nağıl
Göyçək Fatma Azərbaycan xalq nağılı nağıl
Axmaq Canavar Azərbaycan xalq nağılı nağıl
Cığal Sərçə Azərbaycan xalq nağılı nağıl
Tıq-Tıq xanım Azərbaycan xalq nağılı nağıl

Teatr səhnəsindəki rolları

"Simsar" Plastik Dram Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Niyə?[3][4][5] "Mənim"
"Tutuquşular"[1][6]
2012 Pərviz Məmmədrzayev Pərviz Məmmədrzayev
Notrdam kilsəsi Şpaqa döyüşçüsü Pərviz Məmmədrzayev Viktor Hüqo
Qladiator döyüşləri[1][7] Qladiator (Retiari) Pərviz Məmmədrzayev Pərviz Məmmədrzayev
Şah İsmayıl Xətai döyüşçü Pərviz Məmmədrzayev Pərviz Məmmədrzayev

Azərbaycan Dövlət Yuğ Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Sur[8] gənc 2011 Vidadi Həsənov Cübran Xəlil Cübran
Biz necə iş görürük? fəhlə 2011 Vidadi Həsənov Üzeyir Hacıbəyov
Birinci akt. Albalı bağı[9] Yaşa 2013 Vaqif İbrahimoğlu[10] Anton Çexov
Yad.daş[1][11] 2-ci oğlan 2014 Tərlan Rəsulov Ülviyyə Heydərova
Mister və Missis Cəsəd[1][12] K. Pedro 2 iyul 2014[13] Ərtoğrul Kamalov Qabriel Qarsiya Markes
Boy[14][15] Basat 2015 Tərlan Rəsulov Kitabi-Dədə Qorqud dastanı əsasında
Metamorfoza[16] O 4 iyun 2017 Günay Səttar Saida Haqverdiyeva
Quş dili
HəY
7 dekabr 2017 Əbdülqəni Əliyev Təranə Vahid
Təklif İvan Vasilyeviç Lomov 15 iyul 2018 Günay Səttar Anton Çexov
Vəsvəsə Osvald Alvinq 31 may 2019 Gümrah Ömər Henri İbsen
Lənət (Üçüncü Riçard) Hersoq Bekinqem İyul 2019 Hristo Stoichev Villiam Şekspir
Mənəm, mən Xəttat Nəsimi 26 dekabr 2019 Mehriban Ələkbərzadə İlqar Fəhmi
Şəbədə (Mürafiə vəkilləri) Ağa Salman, Vəkil 2 oktyabr 2022 Gümrah Ömər Mirzə Fətəli Axundzadə
Toy dəstgahı (Çay dəstgahı) Nəlbəki 15 yanvar 2023 Günay Səttar Cəlil Məmmədquluzadə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Əmir Teymur[1][17] Cücə[18] 20 may 2014 Mehriban Ələkbərzadə Hüseyn Cavid
Banan qabığı 2014 "Az-ART" studiyası "Az-ART" studiyası
Tıq-tıqın qonaqları Küpəgirən 2014 "Az-ART" studiyası Mehman Musabəyli
Nadir şah[1][19][20] Dauran xan 2015 Gümrah Ömər Yunus Oğuz
Müfəttiş[21] Şeytan.
(Svistnov,
Mişka,
Ofisiant,
Jandarm)
1 iyul 2016 Mikayıl Mikayılov Nikolay Qoqol

"M-Teatr" Müstəqil Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Məsəl ya…[22] Zaman səyyahı 2016 Vidadi Həsənov Üzeyir Hacıbəyov
Tıq-tıq xanım Tülkü
Nağılçı
2016 Vidadi Həsənov Abdulla Şaiq
O, mənimdir (Balaca Şahzadə) Kral
Nağılçı
2016 Gümrah Ömər Antuan de Sent-Ekzüperi

"Human" Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Üçüncü[23] göz həkimi 2017 Pərviz Məmmədrzayev Slavomir Mrojek
Mənim İkinci səfil 1 fevral 2020 Pərviz Məmmədrzayev Pərviz Məmmədrzayev

"ADO" Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Stop 30 may 2017 Elmin Bədəlov Elmin Bədəlov
Göydən 3 banan düşdü[24] 2017 Elmin Bədəlov Elmin Bədəlov
Toy (Meşşan toyu) ata 2018 Elsa Furtado Bertolt Brext

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Qoğal Ayı 2018 Eduard Qayday Rus xalq nağılı
Cırtdan Cırtdan 2018 Rəhman Əlizadə Azərbaycan xalq nağılı
Piter Pen Kapitan Qarmaq 2019 Anar Məmmədov Ceyms Barri
Kəloğlan Şaman 2019 Qurban Məsimov Türk xalq nağılı
Qızıl balıq Balıqçı 2020 Anar Məmmədov A. S. Puşkin
Qar kraliçası Mer, Kral 16 sentyabr 2022 Anar Məmmədov H. X. Andersen
Məlikməmməd Nağılvari, Şah, Məlikməmməd 10 dekabr 2022 Anar Məmmədov Azərbaycan xalq nağılı
Üç donuz balası Canavar 26 yanvar 2023 Saida Haqverdiyeva Alman xalq nağılı
Melisa Çəkməçi 2023 Saida Haqverdiyeva Sevinc Nuruqızı

Filmoqrafiya

  1. İkinci güllə (film, 2017)
  2. Qara yazı (serial, 2019)
  3. Yad gəlin (serial, 2020)

İstinadlar

  1. Xəyalə Rəis (teatrşünas). "Elgün Həmidovun tələbəlik illərində öyrəndikləri ona sonrakı işində kömək oldu" Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. kaspi.az, 6. aprel 2015. (az.)
  2. Ramil Ağasıyev. "Gənclərin Ümumrespublika Teatr Festivalı ən yaxşı aktyor Elgun Hemidov" (az.). Youtube.com. 02.12.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  3. Simsar. "Simsar teatr studiyası növbəti tamaşanın premyerasını keçirəcək" (az.). Simsar.az. 13.04.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  4. Trend. "Премьера театра -студии "Simsar" "Почему?" восторженно встречено зрителями (фотосессия)" (rus). Trend.az. 24.04.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  5. Ümidə Həsənli. ""Simsar" "Niyə?"yə cavab axtarır" (PDF) (az.). Azadinform. 23.04.2012. İstifadə tarixi: 2017-01-26.
  6. Day.Az. "Все пороки людей на сцене бакинского театра – ФОТО" (rus). Day.Az. 24.04.2012. 2012-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  7. Simsar. ""Simsar" teatr-studiyasının əməkdaşları 2013-cü ildən nə istəyir?" (az.). Simsar.az. 30.12.2012. 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  8. Həmidə Nizamiqızı. ""Yuğ" sənət ənənəsinə sadiqdir" (az.). Anl.az. 16.03.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  9. Samirə Behbudqızı. ""Yuğ"da albalı bağı çiçəklədi" (az.). Anl.az. 29.04.2009. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  10. Aliyə. "Vaqif İbrahimoğlunun son tamaşası" (az.). Kulis. 22.10.2013. İstifadə tarixi: 2017-01-26.
  11. AzPress. "Azərbaycan Dövlət YUĞ Teatrında "Yad.Daş" tamaşası nümayiş olunub" (az.). Azpress. 25.02.2015. 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  12. Aliyə. "O dünyada gözəllik yarışması" (az.). Kulis. 03.07.2014. İstifadə tarixi: 2017-01-26.
  13. Marquez-Lib. "«Миссис и мистер мертвое тело»" (rus). Marquez-Lib. 2014. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  14. AzərTAc. "Dövlət "Yuğ" Teatrında "Boy" tamaşası nümayiş olunub" (az.). Azertag.az. 14.10.2015. 2016-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  15. Mətbuat. ""YUĞ" teatrı "Boy" tamaşasıyla vida edir" (az.). Metbuat.az. 26.01.2016. İstifadə tarixi: 2017-01-26.
  16. Aliyə. "Türk sahibkarın zorladığı azərbaycanlı qadın" (az.). Kulis. 05.06.2017. 2017-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-10.
  17. Etibar Cəbrayıloğlu. ""Topal Teymur"un "Əmir Teymur" kimi qayıdışı" (az.). Anl.az. 09.11.2013. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  18. Könül Əliyeva. ""Əmir Teymur" tamaşası türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi gündəmə gətirir" (az.). Kaspi. 24.05.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  19. Ədalət. "Nadir şah ola bilməmək bacarığımız" (az.). Anl.az. 20.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  20. Olaylar. ""Nadir şah" Azərbaycan teatrı üçün yeni hadisədir" (az.). Olaylar.az. 25.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  21. Xalidə. ""Müfəttiş" 64 ildən sonra yenidən gəldi" (az.). Musavat.com. 03.07.2016. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  22. TTV. ""Mənim teatrım"ın təqdimatı və ilk tamaşası" (az.). Youtube.com. 30.03.2016. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  23. Qaynarinfo. "Azərbaycanda daha bir müstəqil teatr yarandı" (az.). Qaynarinfo.az. 21.03.2017. 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  24. ADO. ""Göydən 3 banan düşdü" – ADO`da premyera" (az.). Ado.az. 11.08.2017. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.