Fillər

Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır.

Fillər
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Dəstəüstü:
Klad:
Paenungulata
Klad:
Tethytheria
Dəstə:
Yarımdəstə:
Elephantiformes
Klad:
Elephantimorpha
Klad:
Elephantida
Fəsiləüstü:
Elephantoidea
Fəsilə:
Fillər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  584935
NCBI  9780
EOL  1644
FW  43263

Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur.

Afrika fili

Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək.[3] Afrika filinin dərisi qalındır, Hindistan filindən cüssə və qulaqlarının eni baxımından daha böyükdür.

Hindistan fili

Hindistanda və Şri-Lankada yaşayırlar. Dərisi hamardır. Boyları 10 metrə çatır.

Fiziologiyası

Tənəffüs sistemi — 2 ağciyəri var.

Həzm sisteminə ağız, udlaq, qida borusu, mədə, qaraciyər bağırsaqlar daxildir. Həzm sistemi ağızdan başlayır. Ağız suyu ilə islanmış qida dişlər vasitəsilə əzilərək üyüdülür. Sonra qida borusu vasitəsilə ağızdan mədəyə ötürülür. Mədədən bağırsağa gedən qidanın tərkibi bağırsaqda sorulur.

İfrazat sistemi — sidik kisəsi daxildir.

Qan-damar sistemi — ürək və ondan çıxaraq bütün bədəni əhatə edən damarlardan ibarətdir.

Sinir sistemi

Cinsiyyət sistemi

Skeleti

Maraqlı məlumatlar

  • Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkara çıxarmışlar ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar, halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə yağ-piy ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər.
  • Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.
  • Afrika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastik olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elasik və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10–15 ildən bir dişlər yenisi ilə əvəz olunur. Fil 60–80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.
  • Dişi fil hər 3–4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.
  • Fil 4 dizi olan yeganə məməli heyvandır. 21–22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.

Şəkillər

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. "15 ildən sonra fil tapılmayacaq". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.