Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı.
Elen Kuragina | |
---|---|
rus. Елен Курагина Hərb və Sülh obrazı | |
Yaradan | Lev Tolstoy |
Canlandıran | Anita Ekberq, İrina Skobseva |
Məlumat | |
Cinsi | qadın |
Həyat yoldaşı | |
Milliyyəti | rus |
Romanda
Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır.[1] Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır.
Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır.
Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
İstinadlar
- Friends of the Soviet Union, New World Review (N. W. R. Publications, 1968), 120 Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine.