Elektrostatika
Elektrostatika — elektrodinamika bölməsi; sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini (elektrostatik qarşılıqlı təsir) öyrənir. Belə qarşılıqlı təsir elektrostatik sahə vasitəsilə həyata keçirilir. Elektrostatikanın əsas qanunu Kulon qanunudur.
Solenoidin maqnit sahəsi |
Elektromaqnetizm |
---|
Kulon qanunu • Qaus teoremi • Elektrik dipol anı • Elektrik yükü • Elektrik induksiyası • Elektrik sahəsi • Elektrostatik potensial |
|
Vektor potensialı • Dipol • Lienar-Vixert potensialı • Lorens qüvvəsi • Dəyişən cərəyan • Unipolyar induksiya • Maksvel tənliyi • Elektrik cərəyanı • Elektrohərəkət qüvvəsi • Elektromaqnit induksiyası • Elektromaqnit şüalanması • Elektromaqnit sahəsi |
Om qanunu • Kirxhof qanunu • İnduktivlik • Radiodalğaötürücü • Rezonator • Elektrik tutumu • Elektrik keçiriciliyi • Elektrik müqaviməti • Elektrik impedansı |
Kovariant formalaşdırılması Elektromaqnit sahəsinin tenzoru • Enerji-impulsun tenzoru • 4-cərəyan · 4-gərginlik |
Məşhur alimlər Henri Kavendiş • Maykl Faradey • Andre-Mari Amper • Qustav Robert Kirxhof • Ceyms Maksvell • Henri Rudolf Hers • Albert Abraham Maykelson • Robert Milliken |
Elektrostatik sahənin mənbəyi elektrik yükləridir. Bu fakt Qauss teoremində ifadə edilir. Elektrostatik sahə potensialdır, yəni elektrostatik sahə tərəfindən yükə təsir edən qüvvələrin işi yolun formasından asılı deyil. Elektrostatik sahə aşağıdakı tənlikləri ödəyir:
burada D – elektrik induksiya vektoru, E – elektrik sahəsinin intensivliyi, ρ – sәrbәst elektrik yüklәrinin sıxlığıdır. Birinci tənlik Qauss teoreminin diferensial formasını, ikinci isə elektrostatik sahə qüvvələrinin potensial xarakterini göstərir. Bu tənliklərə Maksvell tənliklərinin xüsusi halı kimi baxmaq olar.
Naqillərdəki məlum yüklərə və ya onlardan hər birinin elektrostatik potensialına əsasən bu naqillərin səthlərində yüklərin paylanmasının tapılması və həmçinin naqillərin yüklərinə və potensiallarına əsasən onların enerji sisteminin hesablanması elektrostatikanın səciyyəvi məsələləridir.
Mənbə
Azərbaycan Milli Ensiklopediyası, VII CİLD