Elektron volt
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir.
Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur.[2]
Vahid 1912-ci ildə təklif edilmişdir,[3]
1930-cu ildən istifadə olunur.[4]
Elektron volt | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | enerji[1] |
Adını daşıyır | elektron |
eV enerji vahidi kimi
Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı
potensial enerji 1 elektron volt olur.[4]
1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul[5]
Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir:
- keV — (kilo yunan khilioi — min) — 103 elektron volt
- MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt
- GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt
- TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt
eV/c2 kütlə vahidi kimi
Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir.
Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır.
Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir.
Buradan
Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg
Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg[5]
Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır.
Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.[3]
İstinadlar
- 6.5.6 // Quantities and units—Part 1: General (ing.). 1 ISO, 2009. P. 22. 41 p.
- "electron volt". Encyclopædia Britannica. 2013. 2015-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-15.
- J. Gribbin. Q is for Quantum: An Encyclopedia of Particle Physics. The Free Press. 1999. ISBN 0-684-85578-X.
- "electron volt". Merriam-Webster. 2013. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-18.
- "PHYSICAL CONSTANTS" (PDF). Particle Data Group. İstifadə tarixi: 2013-03-18.