Elektro-optika

Elektro-optika — elektrik sahəsinin təsirilə materialın optik xüsusiyyətlərinin dəyişməsini öyrənən elm və texnika sahəsi. İşığın müxtəlif xüsusi materiallarla yayılması və qarşılıqlı təsiri ilə işləyən komponentləri, cihazları (məsələn, lazerlər, LED-lər, dalğaötürənlər və s.) və sistemləri əhatə edən elektrik mühəndisliyi, elektronika mühəndisliyi, materialşünaslıqmateriallar fizikasının bir hissəsidir. Bu mahiyyət etibarilə bu gün insanlar arasında fotonika kimi təsvir olunanla eynidir. Yalnız "elektro-optik effekt" ilə əlaqəli deyil. Beləliklə, materialların elektromaqnit (optik) və elektrik (elektron) vəziyyətləri arasındakı qarşılıqlı əlaqəyə aiddir.

Elektro-optik cihazlar

Elektro-optik effekt dedikdə, optik aktiv materialın işıqla qarşılıqlı təsiri nəticəsində öz optik xüsusiyyətlərini dəyişməsi başa düşülür. Bu dəyişiklik, adətən, sadəcə mühitin sındırma əmsalında yox, həm də ikiqat şüasınmada da baş verir. Kerr elementində ikiqat şüasınmada baş verən dəyişiklik optik elektrik sahəsinin kvadratı ilə mütənasibdir və material, adətən, mayedir. Pokkels elementində isə ikiqat şüasınmadakı dəyişiklik elektrik sahəsindən xətti asılı olur və material, adətən, kristaldır. Kristal olmayan bərk elektro-optik materiallar aşağı istehsal xərcləri səbəbindən böyük maraq doğurur. Bu üzvi, polimer əsaslı materiallar eyni zamanda üzvi EO materialı, plastik EO materialı və ya polimer EO materialı kimi də məşhurdur. Onlar polimer qəfəsdə qeyri-xətti optik xromoforlardan ibarətdir. Qeyri-xətti optik xromoforlar Pokkels effekti yarada bilər.

Mənbə

N.M. Qocayev. Ümumi fizika kursu. Optika, IV cild.

Friedman, Edward (2004). Photonics Rules of Thumb: Optics, Electro-optics, Fiber Optics, and Lasers. McGraw-Hill Professional.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.