Elektrik stansiyası
Elektrik stansiyası — elektrik enerjisinin istehsalı ilə məşğul olan avadanlıq və aparatlardan ibarət qurğular toplusudur. Bu qurğular binalarda yerləşdirilərək xüsusi ərazilərə malik olurlar.
Təsnifatı
- Daş kömürlə işləyən elektrik stansiyası,
- Atom elektrik stansiyası,
- Torfla işləyən elektrik stansiyası,
- Hidroelektrik stansiyası,
- Gazturbinli,
- Ağackömürlə işləyən elektrik stansiyaları,
- Küləklə işləyən elektrik stansiyaları.
İşləmə prinsipi
Bütün mütərəqqi elektrik stansiyalarının işləmə prinsipi aşağıdakı kimidir:
- Elektrik stansiyası başlanğıc enerjinin faydalı enerjiyə çevrilməsinə xidmət edir. Onların əsas hissəsi olan güc maşını adətən turbindən, su çarxından, daxili yanma mühərrikindən və ya da külək dəyirmanın rotorundan ibarət ola bilər.
- Elektrik stansiyalarında bir val işçi maşınla əlaqələndirilir. Bu həmişə yanacaqdan alınmış enerjini elektrik enerjisinə çevirən generatorlar olurlar.
Elektrik gücü müxtəlif yollarla əldə edilə bilir:
- Kinetik və potensial enerji şəklində əldə edilmiş mexaniki enerji turbinin köməyi ilə generatorun rotoruna ötürülür və orada elektrik enerjisinə çevrilir (məsələn, hidroelektrik stansiyası, külək elektrik stansiyası və s.).
- Termiki enerji öncə istilik maşınlarında mexaniki enerjiyə sonra isə yuxarıda olduğu kimi generatorun köməyi ilə elektrik enerjisinə çevrilir.
- Xüsusi qurğularda istilik enerjisini bir başa elektrik enerjisinə çevirmək mümkündür (məsələn, solar qürğülar).
Elektrik stansiyalarının işləmə qabiliyyətini səciyyələndirən kəmiyyət onların şəbəkədəki gərginlik dəyişikliyinə reaksiya verərək tez işə düşə bilməsidir. Qazla işləyənlər və su ilə işləyənlərin bəzi növləri qısa müddətdə (bir neçə dəqiqəyə) sakit vəziyyətdən start götürüb öz tam güclərini ala bilirlər. Buxar stansiyaları buna bir neçə saat, nüvə reaktorları isə bir neçə gün tələb edirlər. Buna görə də nüvə reaktoru əsas gücü öz üzərinə götürür, su və buxar stansiyaları isə şəbəkədə olan dəyişmələri kompensasiya etmək üçün tətbiq edilir.
Tərkibi
Elektrik stansiyalarına bir çox komponentlər daxildirlər:
Transformatorlar generatordan alınan cərəyan gərginliyini yüksəldir, belə ki, onların uzaq məsafəyə itkisiz ötürülməsi mümkün olur. Stansiyada yerləşmiş ölçmə mərkəzi nasosların, armaturaların və müxtəlif köməkçi qurğuların idarəedilməsini tənzimləyir və təhlükəsizlik texnikasına şərait yaradır. Buxarla işləyən elektrik stansiyalarında əlavə olaraq buxar qazanı, generator, kondensator, maşın otağı, qazın kükürdsüzləşdirilməsi, soyuducu qüllə, buxara, nasos və borular mövcuddur. Su ilə işləyən stansiyaların əsas komponentini maşın otağı, su turbini, generator, su bəndi, su cəmləşən hövzə, borular və su qapıları daxildir.