Elegiya (şeir növü)

Elegiya (yun. έλεγος – şikayət) — ədəbi-musiqi janrı. Ədəbiyyatda – meditativ və emosional məzmunlu (adətən, kədərli) orta uzunluqlu şeir. Çox vaxt birinci şəxsin dilindən deyilir və qarışıq kompozisiyalı olur. Antik yunan ədəbiyyatında lirik şeir növü. Adətən, şadlıq və kədər hisslərinin üzvi surətdə birləşdiyi elegiyalar olduğu kimi, şairin yalnız qəmli düşüncələrini ifadə edən elegiyalar da vardır. Qədim Yunanıstanda bu şeirin ən təsirli nümunələrini Arxilox və Kallimax yaratmışlar. Latın şairlərindən Ovidi və Katull, rus şairlərindən V. Trednakovski, K. Batyuşkin, V. Jukovski, A. Puşkin, M. Lermontov, N. Nekrasov, A. Blok və başqaları da elegiya yaratmışlar. Formasında, həcmində və qafiyə quruluşunda möhkəm və aydın bir mürəkkəblik olmasa da, antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə çox vaxt 8–20 misradan (iki beş bənddən) ibarət olmuşdur.[1]

Musiqidə kədərli, seyrçi, ovqat yaradan əsər (məs., Borodinin "Uzaq vətənin sahilləri üçün" romansı, Massnenin fp. və violonçelin müşayiəti ilə səs üçün "Elegiya"sı). Bəzən E.janrında sırf instrumental pyeslər də yazılır (F.Əmirovun "12 miniatür" silsiləsindən "Elegiya", T. Bakıxanovun "Violonçel ilə orkestr üçün elegiya"sı və s.)

İstinadlar

Ədəbiyyat

  • Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı,1978, səh.61

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.