Eldar Sultanov

Eldar Bəşir oğlu SultanovPolis zabiti və Çernobıl faciəsində likvidator.

Eldar Sultanov
Eldar Bəşir oğlu Sultanov
Doğum tarixi
Vəfat tarixi 2020
Uşağı 3
Atası Bəşir Sultanov
Milliyyəti Azərbaycanlı
İxtisası Polis zabiti
Fəaliyyəti polis, Çernobıl likvidatorları
Tanınır Çernobıl faciəsində likvidator
Mükafatları "Əmək veteranı" medalı

Həyatı

Erkən illəri

1972-ci ildə Bakıda polis kimi işə başlayıb.[1] 1974-cü ildə Ukraynaya təyinat alıb.[1]

Çernobıl faciəsi

1986-ci il aprelin 26-da Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Ukraynanın Qostomel şəhərində polis zabiti idi.[1] Qəzadan bir neçə gün sonra, axşam xəbərlərində Çernobıl alovlara bürünmüş nüvə zavodunu görəndən sonra, hərbi komissarlığa yollanaraq, könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir.[1][2] Hadisə zamanı, bir çox könüllü kimi sənəd imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü.[1]

İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı.[1] Bir il sonra, 1987-ci ilin may ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi.[1] O, Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı.[1] Onun sözlərinə görə:

" Mən görmə qabiliyyətimi itirmişdim, və yalnız divardan tutaraq yeriyə bilirdim. Mən hardasa bu şəraitdə iki üç ay bu şəraitdə yaşadım. Normal həyata qayıdacağıma heç kim inanmırdı. Sonra yavaş-yavaş sağalmağa başladım.[1] "

Xəstəxanada Sultanova xəstəliyimin anadangəlmə olduğu və şualanma ilə heç bir əlaqəsi olmadığı bildirildi.[1] Daha sonra Eldar Sultanov xəstəliyinin şualanmanın təsirindən yarandığının təsdiq edilməsi üçün Ukraynanın Səhiyyə Nazirliyinə müraciət edir.[1] 1987-ci ildə Sultanov şüalanma diaqnozu təsdiqlənərək, ilk rəsmi Çernobıl faciəsi əlillərindən biri olmuşdur.[1]

1990-cı ildə faciənin 4-cü il dönümündə könüllülər tərəfindən Azərbaycan "Çernobıl Əlilləri" beynəlxalq ittifaqı yaradıldı və Sultanov cəmiyyətin sədr köməkçisi oldu.[1][3]

2020-ci ildə Covid-19 pandemiyası səbəbi ilə dünyasını dəyişib.[4]

Şəxsi həyatı

Üç övladı var. Uşaqlıqdan nərd oynamağı sevir və Azərbaycanda bir neçə yarışın qalibi olub.[1][1]

Təltif və mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.