Eldar Süleymanov

Eldar Məmməd oğlu Süleymanov (22.03.1950, Bakı) — Azərbaycanlı professor, SSRİ ixtiraçısı (1988), Azərbaycan Milli Neft Komitəsinin üzvü.

Eldar Süleymanov
Doğum tarixi 22 mart 1950(1950-03-22) (73 yaş)
Doğum yeri
Elmi adı
Təhsili

Həyatı

Eldar Məmməd oğlu Süleymanov 22.03.1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1967-ci ildə Bakı şəh. 189 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunun "Qaz-neft mədən" fakültəsində təhsilini başa vurmuşdur.

1972-ci ildən fasiləsiz olaraq Azərbaycanın Neft və Qaz Sənayesinin dəniz və quru sahələrində: "İliç Buxtası" və "Bulla" Dəniz Qazıma İşləri idarələrində, AzNSETLİ-də, "Schlumberger" Beynəlxalq neft kompaniyasında, "Elmi Tədqiqatlar" İnstitutunda və s.- fəhlədən-şöbə müdiri, manager- müxtəlif vəzifələrdə işləyib. 1997-ci ildən 2000-cu ilə qədər "Schlumberger" firmasında işləyərkən "Çıraq" platformasının ilk 12 quyusuna və "Dədə Qorqud" yarımdalma qurğusunun qazılan quyularına qəyyumluq edib. AzNSETLİ-də 1982-ci ildən 2015 ilədək və"Neftqazelmitədqiqatlayihə" İnstitutunda laboratoriya, şöbə müdiri vəzifəsində çalışıb. 2015 ildən indiədək- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)- Neft və Qaz mühəndislijin kafedrasının professorıdır.

1980-ci ildə Qroznı şəhərində Namizədlik (quyuların qazılması 05.15.10), 1994-cü ildə Bakı şəhərində Doktorluq (quyuların qazılması 05.15.10) dissertasiyasını müdafiə edib. Namizədlik və doktorluq dissertasiyalarının adları: "Gilli suxurlarda quyuların tamponaj texnologiyasının tədqiqi və onun təkmilləşdirilməsinin işlənməsi", Mürəkkəbləşdirilmiş şəraitdə quyuların möhkəmləndirilməsinin səmərəliliyini artırmaq üçün yeni texnika kompleksinin mütərəqqi texnologiyasının işlənib hazırlanması".

200-dən artıq elmi əsərin müəllifidir, o cümlədən 176 cap olunmuş elmi əsəri var — onlardan 135 elmi məqalə, 30 ixtira və patent, 8 monografia və 3 kitab(o cümlədən 2-Bakida 1 — Moskvada,8-Almaniyada-ABŞ-in AMAZON saytında). SSRİ-nin AAK-nın diplomu vardır – böyük elmi işçidir.

Elmi işi quyuların qazılması, möhkəmləndirilməsi və tamamlanması istiqamətindədir.

1979-cu ildə "AzNeft"İB-nin "Fəxri fərmanı", 1986-cı ildə SSRİ-nin Ali Soveti Prezidiumunun əmri ilə SSRİ-nin ali medalı olan "Əmək fədakarı" medalı, 1987-ci ildə SSRİ-nin Xalq Təsərrüfatı nailiyyəti sərgisinin qizil medalı ilə təltif olunmuş, 1988-ci ildə SSRİ ixtiraçısı adını almış, 2004-cü ildə ARDNŞ "Fəxri fərmanı" ilə təltif olunmuşdur. E. M. Süleymanov ADA və İADC üzvüdür.

E. M. Süleymanovun tədqiqatları Beynəlxalq iclas və sərgilərdə — Yuqaslaviyada 1983, Vyetnamda – 1987, Efiopiyada – 1987, Liviyada – 1988, Misirdə — 1989, Rumıniyada – 1989, İranda – 1993, Bakıda – 1994–1998, Aberdində, Huostonda 1998-ci illərdə təqdim edilmişdir. Beynəlxalq iclas və konfranslarda ingilis dilində məruzələr edib. Bundan başqa, E. M. Süleymanov Moskva, Krasnodar, Astraxan, Qroznı, İvano-Frankovsk, Daşkənd, Aktau, Yaremça, Tümen, Nijne-Vartovsk, Surqut, Minsk, Kiyev, Kuybışev və s. şəhərlərdə iclas və konfranslarda çıxış edib.

E. M. Süleymanovun 18 tədqiqatı (yeni texnologiyalar, tərkiblər, qurğular) sənayedə tətbiq olunub. Onlardan 10 tədqiqat-müəlliflik şəhadətnaməsidir. Müəlliflik şəhadətnaməsinin biri olan – sementləmə tıxacı keçmiş SSRİ-nin Neft Sənayesi Nazirliyinin 29 birliyində, Qaz sənayesi Nazirliyinin 17 birliyində, Geologiya Nazirliyinin 25 birliyində — deməy olar ki SSRİ-n hər qazilan quyda,200 mindən artıq kəmərlərində istifadə olunmuşdur.

Azərbaycanda quruda və dənizdə qazılan quyularda sement məhlulunun optimal reseptlərinin seçilməsində E. M. Süleymanov 25 ildən artıq rəhbərlik edirdi, belə ki, 6000-dən artıq sement məhlulunun nümunələri seçilib.

E. M. Süleymanov indiyə kimi dünyada ən dərin sement körpüsünün (SQ-1 Saatlı quyusunda dərinliyi 8000 m, 1986-cı il) müəllifidir-(müəlliflik şəhadətnaməsi-qurğuilə). E. M. Süleymanov 2003-cü ildən indiyadək Azərbaycan Respublikasının AAK-nın ADNA-da neft ixtisasları üzrə, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə xüsusiləşdirilmiş şurasının üzvüdur, elmi seminarin sədri. 2009–2010-cu illərdə AAK-nın ekspertiidi.

2004-cü ildən 2013 ilədək — E. M. Süleymanov ADNA quyuların qazılması üzrə Dövlət imtahan Komissiyasının sədriidir.

2005-ci ildən E. M. Süleymanov Azərbaycan Milli Neft Komitəsinin üzvüdür.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.