Eldar Qasımov (həkim)
Eldar Qasımov (25 yanvar 1949, Kəlbəcər) — Tibb elmləri doktoru, professor.
Eldar Qasımov | |
---|---|
Eldar Qasımov Köçəri oğlu | |
Doğum tarixi | 25 yanvar 1949 (75 yaş) |
Doğum yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbərləri | Moskva Tibb İnsstitutu, elmi rəhbər – prof. V.V.Banin |
Həyatı
- 1966 Kəlbəcər rayon orta məktəbi;
- 1972 Azərbaycan Tibb İnstitutu – müalicə işi;
- 1981 Tibb elmləri namizədi, Yaroslavl Tibb İnstitutu, elmi rəhbər – prof. Gulağa Hacıyev
- 1986–1990 N. İ. Piraqov adına 2-ci Moskva Tibb İnstitutunun "Mikrosirkuliyasiya və elektron mikroskopiya" laboratoriyasının doktorantı
- 1991 Tibb elmləri doktoru, 2-ci Moskva Tibb İnstitutu, elmi rəhbər – prof. V. V. Banin
Elmi fəaliyyəti
- Mərkəzi və periferik sinir sisteminin müxtəlif törəmələrinin makro-mikroskopik anatomiyasi, mieloarxitektonikası və sonuncunun informasion analizi;
- Hüceyrə və toxumaların funksional morfologiyası: endoteliositlər, perisitlər, saya əzələ hüceyrələri, mononuklear faqositlər, sinir və qliya hüceyrələri;
- Hemato-ensefalik, hemato-nevral, araxnoidal və perinevral səddlərin morfoloji əsasları;
- Makro- və mikromolekulyar trasserlərin sinir sisteminin qişa və damar elementlərində yayılma xüsusiyyətləri;
- Sədd funksiyasina malik törəmələrin bioloji mayelərin cərəyanında rolu;
- Beyin və periferik sinir mikrodamarlarında qocalıqla əlaqədar və müxtəlif şəraitlərdə baş verən dəyişikliklər zamanı oksidativ stresin rolu;
- Kəskin endotoksemiya zamanı beyin qabığında, hissi düyündə və periferik sinir kötüklərində baş verən dəyişikliklərin morfo-funksional xarakteristikası.
Əsas elmi nailiyyətləri
- 4 sinif, 23 növ onurğalı heyvanlarda və insanda baldır və ayaq dəri sinirlərinin makro-mikroskopik anatomiyası və mieloarxitektonikasına aid yeni faktiki məlumatlar əldə edilmişdir;
- Suda-quruda yaşıyanlardan başlamış məməlilərə qədər baldır və ayağın dərisinin innervasiyasında iştirak edən, müxtəlif adlar daşıyan sinirlər arasında homologiya olduğu aşkar edilmişdir;
- İnsanın baldır və ayaq dəri sinirlərinin anatomo-topoqrafik xüsusiyyətlərinin iki ayaq üstə yeriməklə bağlılığı filoğenetik olaraq sübut edilmişdir;
- Ayaqarxası sinirlərlə müqayisədə, insanin ayaqaltı sinirlərinnin tərkibində mielinli sinir liflərinin ümumi sayının 2,0 dəfə, böyük diametrli mielinli sinir liflərinin sayının isə 1,5 dəfə artıq olmasının onların daha yüksək informasion imkanlara malik olmaları ilə əlaqələndirilmişdir;
- məməlilərdə aşağı ətrafın distal hissəsinin istinad tipi ilə ayaq arxasının dərisinin innervasiyasında iştirak edən sinirlərin şaxələnmə tipləri arasında korrelyativ əlaqə oloduğu aşkar edilmişdir;
- periferik sinirlərin qidalanmasında iştirak edən mikrodamarların anatomik konstruksiyası dəqiqləşdirilmişdir;
- epi- və endonerval damarların ultrastruktur quruluş xüsusiyyətləri haqqında yeni məlumatlar əldə edilmiş;
- zülal mənşəli trasserlərin sinir kötükləri tərkibində anizotrop (qeyri bərabər) paylanmasının periferik sinirlərdə endonevral mayeninn cərəyanında (sorulmasında) əsas faktorlardan biri olduğu hipotezası irəli sürülmüşdür;
- sinir dəstələrinin periferik sinirlərin tərkibində transport vahidi kimi fəaliyyət göstərməsi morfo-funksional cəhətcə əsaslandırılmışdır;
- onurğa beyni və görmə sinirlərinin gedişi boyu qişa-damar-sinir əlaqələri tədqiq edildiyi zaman hörümçək torunabənzər qişanın sədd qatının bəzi nahiyyələrdə olmaması ultrastruktur olaraq təsdiq edilmişdir;
- eksperimental ödem şəraitində sinir dəstələrində perineral qisasının tamlıgının pozulduğu aşkar edilmiş;
- Kəskin eksperimental endotoksemiya zamanı beyin qabığında və oturaq sinirində damarların keçiriciklərinin artması ilə müşahidə olunan ödemin yaranması ilə mononuklear faqositlərin proliferasiyasi və aktivliklərinin artması arasinda sıx əlaqənin olması dəqiqləşdirilmişdir;
- Endotoksemiya zamanı beyin qabığında sinir hüceyrələrinin ölümünün apoptoz yolu ilə deyil degenerasiya uğramış tünd neyronların formalaşması nəticəsində baş verdiyi müəyyənləşdirilmışdir;
- Alsheymer xəstəliyi inkışhafinda damar faktorunun mühüm rol oynadığu aşkar edilmişdir;
- Alsheymer xəstəliyinin modeli olan transgen Apo4 suçanlarında antioksidant təsirə malik maddələrin təsir mexanizləri araşdırılmışdır.
Beynəlxalq konfranslarda iştirakı və sertifikatları
- 1969–1971 Tələbə elmi cəmiyyətlələri konfranslarında aktiv iştiraka görə şəhadətnamələr (Tbilisi −1969; Saratov – 1970; Mockva – 1971);
- 1972 Azərbaycan Tibb İnstitunun diplomu – müalicə ışı;
- 1975–1989 Zakavkaziya morfoloqları konfranslarında aktiv iştiraka görə şəhadətnamələr (1975 — Tbilisi; 1978 –Baki; 1982 — İrəvan; 1989 – Bakı;
- 1979 Assistentlərin təkmilləşmə kursunun vəsiqəsi –Kiyev (Ukrayna)
- 1981 Tibb elmləri namizədi diplomu – Yaroslavl tibb institutu (Rusiya) Moskva;
- 1981–1986 SSRİ Anatomlarınin, histoloqlarının və embrioloqlarının beynəlxalq konqreslərində aktiv iştiraka görə şəhadətnamələr (1981 –Minsk, Balarusiya; 1989 – Vinnitsa, Ukrayna);
- 1989 Çexoslovakiya Morfoloqlarının XXXI konqresində aktiv iştiraka görə şəhadətnamə, Koşitse şəhəri;
- 1990 Normal anatomiya kafedrasının dosenti attestatı, Moskva;
- 1991 Tibb elmləri doktory diplomu – N. İ, Piraqov adına 2-ci Moskva tibb institutu, Moskva;
- 1996 Anatomiya kafedrasının professoru attestatı, Bakı;
- 2009 Alseymer Assosiasiyasinin 12-ci Beynəlxalq konfransında aktiv iştiraka görə şəhadətnamə, Avstriyanın Vena şəhəri;
- 2009 Polşanın psixoqeriatrlarının 6-cı beynəlxalq konfransında aktiv iştiraka görə şəhadətnamə, Vrotslavl şəhəri;
- 2011 Alseymer Assosiasiyasinin 13-cü Beynəlxalq konfransında aktiv iştiraka görə şəhadətnamə, Fransa, Paris şəhəri;
- 2011 İnfeksion xəstəliklər və antibiotiklər üzrə beynəlxalq Pekin forumunda aktiv iştiraka görə şəhadətnamə, Cin Xalq Respublikası, Pekin;
- 2011 Almaniyanin "ZEİSS" firmasınin Rusya Federasiyasının Moskva və Macarıctan Pespublikasının Budapeşt şəhərlərində "Təsvirlərin Analizi Sistemləri" üzrə simpoziumunda iştirak üçün "İştirak Təqaüdi
- AR Prezidenti yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə biologiya, tibb və aqrar elmlər üzrə qalib gəlmış "Respublikada biologiya və tibb sahələrində ultrastruktur tədqiqatların müasir səviyyədə təşkili üçün Transmissiya Elektron Mikroskopunun, müvafiq cihaz, avadanliq və materialların alınması" pilot layihəsinin rəhbəri.
Mükafatları
- 2000 AR Prezidentinin əmri ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi", Bakı;
- 2003 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı
- 2003 Azərbaycanın tanınmış alimləri, "Vektor"beynəlxalq elm mərkəzi, Bakı;
- 2009 ABŞ-nin Alseymer Assosiasiyasinin 12-ci Beynəlxalq konfransında "İştirak Təqaüdi" ABŞ, Çikaqo şəhəri;
- 2009 Azərbaycan Tibb Universisitetinin Fəxri Fərmanı, Bakı;
- 2010 AR Prezidentinin əmri ilə "Tərəqqi medal" ilə təltif, Bakı
Pedoqoji fəaliyyəti və kadr hazırlığı
- Pedoqoji faliyyətə hələ 1971-ci ildə normal anatomiya kafedrasında preparator ışlədiyi zaman prof. K. İ. Balakişiyevin təklifi ilə 1-ci kurs tələbələrindən sümük bəhsindən məqbulu vaxtinda verməmiş tələbələrə dərs verməklə başlamışdır. 14 qeri qalmış tələbədən 13-ü semestri borcsuz başa vurduqlarına görə (məqbulları ancaq professorlar götürürdülər) insan anatomiyası fənninin müxtəlf bəhslərindən verməli olacağı məqbullardan prof. K, A, Balakısıyev onu azad etmişdir;
- 1971-ci ilədən başlayaraq insan meyidlərinin damar daxili perfuziya üsulu ilə fiksasiya və təşrih metodlarını mənimcəməklə yanaşı tələbələrə nümayiş etdirmək üçün əzələ, urək-damar və sinir sistemlərinə aid meyid materiallarının hazirlanmasında fəal iştirak etmişdir;
- 1972-ci ilin sentyabr ayından başlayaraq əvvəl 1-ci, sonralar isə 2-ci kurs tələbələrinə normal anatomiyanın bütün bəhsləriı üzərə praktiki məşğələ dərsləri aparmışdır;
- 1986-cı ildə normal anatomiya kafedrasının dosenti seçildikdən sonra az müddət ərzində mühazirələr oxumuş, 1986-cı ilin dekabr ayından isə Moskva şəhərinə, N. İ, Piraqov adına 2-ci Moskva tibb institutuna doktoranturaya göndərilmışdir;
- 1990-cı ildən başlayaraq 1999-cu ilə qədər praktiki məşğələlərlə yanaşı, normal anatomiyanın bütün bəhsləri üzrə müxtəlif fakültə tələbələrinə mühazirələr oxumuşdur;
- 1999-cu ildən indiyə qədər tələbələrə , aspirantlara və kafedra əməkdaşlərina sitologiya, embriologiya və histologiya fənləri üzrə mühazirələr oxuyur. İstər anatomiya, istərsə də histologiya kafedralarında oxuduğu mühazirələrin hüceyrə, toxuma, orqan və sistemlər haqqında müasir elmi məlumatlarla zəngin olmasına və dövrünə üyğun texniki vasitələrlə nümayiş etdirilməsinə çalışmışdır;
- Rəhbərliyi ilə 3 nəfər tibb elmləri namizədi və bir nəfər biologiya üzrə fəlsəfə doktoru elmi adlarıni almaq üçun dissertasiya işı müdafiə etmişlər;
- Hal-hazırda hüceyrə biologiyası və embriologiya üzrə fəlsəfə doktoru elmi adlarıni almaq ücun 5 dissertasiya işınə rəhbərlik edir. Onlardan biri ilkin müzakirə mərhələsindədir.
Üzv olduğu cəmiyyətlər
- Azərbaycan anatomiya, histologiya və embriologiya cəmiyyəti;
- Rusiya elektron mikroskopiya cəmiyyəti;
- Rusiya anatomiya, histologiya və embriologiya cəmiyyəti;
- Beynəlxalq morfologlar assosiasiyası;
- Amerikanin Alsheymer xəstəliyinin tədqiqi və müalicəsi beynəlxalq assosiasiyası;
- Amerika Periferik Sinir cəmiyyəti.
Elmi məqalələrin siyahısı
- Azərbaycan Tibb Universiteti kafedra müdiri, t.e.d., prof. Qasımov E. K. Elmi məqalə və monoqrafiya siyahısı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- http://www.jns-journal.com/article/S0022-510X(09)00491-2/abstract
- http://www.researchgate.net/publication/23292596_Atherosclerotic_lesions_and_mitochondria_DNA_deletions_in_brain_microvessels_implication_in_the_pathogenesis_of_Alzheimer's_disease
- http://thomsonreuters.com/content/press_room/science/730318 Arxivləşdirilib 2012-10-14 at the Wayback Machine
- Az.med. J.
- Журнал морфология (Архив АГЭ) Arxivləşdirilib 2013-09-02 at the Wayback Machine
- Journal of Submicr. Cytol. & Pathol
- Society for Neuroscience Abstracts, San Diego, USA. 2001., P 561.6.
- Журнал "Биомедицина" Rus Arxivləşdirilib 2010-08-25 at the Wayback Machine
- Сağламлыг
- Vascular Health and Risk Management (VHRM)
- 77th Congress of European Atherosclerosis Society
- Alzheimer's & Dementia: The Journal of the Alzheimer's Association.
- The Word Journal of Biological Psychiatry
- Journal of Cellular and Molecular Medicine
- of the Neurological Sciences Journal of the Neurological Sciences
- Neurotox. Res.
- Polish J. of Geriatric Psychiatry Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- World Psychiatry
- Neurodegenerative Diseases
- AMEA Məruzələri (Perorts National Academy of Sciences of Azerbaijan) Arxivləşdirilib 2014-03-25 at the Wayback Machine
- Cardiovasc Psychiatry Neurol.
- European J. of Neurology Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri
İstinadlar
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.