Eldar Baxış

Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981).[1]

Eldar Baxış
Eldar Baxış oğlu Ağayev
Doğum adı Eldar Ağayev
Təxəllüsü Eldar Baxış
Doğum tarixi
Doğum yeri Diləli Müskanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi zəhərlənmə
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Həcər Nəzərova
Uşaqları Tural Ağayev, Günel Baxış , Anday Ağayev
Atası Baxış Ağayev
Anası Şeyda xanım
Təhsili ADU-nun Tarix fakültəsi
Fəaliyyəti tərcüməçi

Həyatı

Eldar Baxış 22 iyun 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı obasında, kəndli ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə Onbirillik məktəbi bitirib 1965-1969-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.[1]

Əmək fəaliyyəti

Eldar Baxış Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. O, 1972-1988-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor vəzifəsində çalışmışdır. 1988-1990-ci illərdə isə televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifəsini icra etmişdir.[1]

"Səs""Nəfəs" qəzetlərini yaratmış və "Səs" qəzetinin baş redaktoru olmuşdur. Eldar Baxış 1992-1993-cü illərdə yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur.[2][1]

Ailəsi

Rejissor və aktyor Tural Ağayevin atasıdır.

Yaradıcılığı

Eldar Baxışın "Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. O həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Həmçinin Eldar Baxış 1985-ci ildə Vladivostokda keçirilən Ümumittifaq poeziya festivalında iştirak etmişdir[3]. Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.[1]

1982-ci ildə Kukla teatrı Eldar Baxışın "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir. Bu pyes Mərdəkan Xalq Teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda Xalq Teatrlarının Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür. Bununla yanaşı, 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunan "Qaravun dərənin dükançası" ədibin ilk nəsr əsəridir. "Uzun Həsən" pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. Eldar Baxış 1992-ci ildə Özbəkistanın "Ürək dostları" klubunun fəxri üzvü seçilmişdir.[1]

Vəfatı

Eldar Baxış 1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir, Xırdalan qəbristanlığında dəfn olunmuşdur.[1]

Əsərləri

  1. İydə çiçəyi. Bakı: Gənclik, 1977, 34 səh.
  2. Üçtəpə bayatıları. Bakı: Gənclik, 1979,72 səh.
  3. Allı qız, ballı qız, xallı qız. Bakı: Gənclik, 1983, 80 səh.
  4. Ağ saçların işığı. Bakı: Yazıçı, 1985, 88 səh.
  5. Qara ilə Qaracanın nağılı. Bakı: Gənclik, 1986, 96 səh.
  6. Deyə bilmədiyim sözlər. Bakı: Yazıçı, 1988, 80 səh.
  7. Atlı oğlanlar. Bakı: Gənclik, 1990, 160 səh.
  8. Ölüsü ilə ərəbcə, dirisi ilə rusca. Bakı: Yazıçı, 1994, 128 səh. [4]

Tərcümələri

  1. Puşkin A.S. Çiçək, Arzu, Morfeyə (şeirlər). "Bakı", 1987, 6 fevral, s.4.
  2. Rojdestvenski R. Gözləmə zalı (şeirlər). "Azərbaycan gəncləri", 1972, 14 sentyabr, s.3.
  3. Şukşin V. Xoruzun üçüncü banlaması (povest). "Azərbaycan", 1979, N 9, s.55-98.

Filmoqrafiya

  1. Humayın yuxusu (film, 1985)
  2. Ürək yaman şeydir... (film, 1992)

Haqqında olan ədəbiyyat

  1. Q.Qasımzadə. Lirik şeirin imkanları (E.Baxışın "Ağ saçların işığı" kitabı haqqında məqalə). Ədəbiyyatımız, Mənəviyyatımız. Bakı, Yazıçı, 1988, s.399-406.
  2. S.Alışarlı. Yaşılım, yaşılım, hara gedirsən? (E.Baxışın ölümü münasibətilə). "Azadlıq" qəzeti, 1996, 30 may, s.2.
  3. H.Kürdoğlu. Ağacların çiçək açır (Bu gün mərhum şairimiz Eldar Baxışın xatirə günü keçirilir). "Ədəbiyyat qəzeti", 1997, 16 may, s.8.
  4. N.Əhmədli. Şair Eldar Baxışın xatirəsinə (şer), "Yeni Azərbaycan" qəzeti, 2002, 3 may, s.12.
  5. X.Natil. Eldar Baxışa. Özümə. Adımı içimdə çəkirəm və s. (şerlər). "Azərbaycan" jurnalı, 1997, N 5-6, s. 117-120.
  6. Ş.Rza. Küsməyə dəyər, nəyinə gərəkdir söz adamların; Eldar Baxışa; (şerlər). "Azərbaycan" jurnalı, 1997, N 5-6, s.35-37
  7. Təbrik edirik (Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə E.Baxışın "Araz" ali ədəbi mükafata layiq görülməsi haqqında məlumat). Azərbaycan, 1995, 27 may, s.4.
  8. A.Türkoğlu. Eldar Baxış işığına yığışdığımız may gecəsindən fraqmentlər... ("Natəvan" klubunda keçirilən şairin xatirə gecəsi haqqında). "Azadlıq" qəzeti, 1997, 20 may, s.7.

İstinadlar

  1. "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
  2. "Eldar Baxış nisgili" (Azərbaycan). anl.az. 2019-4-4 tarixində arxivləşdirilib.
  3. Space TV. "Tanrının gülümsədiyi şair" (az.). Youtube.com. 17.10.2022. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  4. Günay Səma Şirvan. "Eldar Baxış - Axır sözünü əvvəl deyən adam" (Azərbaycan). anl.az. 2017.6.26 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.