Eldar Bağırov
Eldar Teymur oğlu Bağırov — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı (1990-1991).
Eldar Bağırov | |
---|---|
Eldar Teymur oğlu Bağırov | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | qətlə yetirilib |
Dəfn yeri | Ağdam |
Atası | Teymur Bağırov |
Anası | Zümrüd Bağırova |
Milliyyəti | Azərbaycanlı |
Eldar Bağırov 1953-ci ildə Ağdam rayonunda anadan olub. 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlamışdır. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olmuşdur.
Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını 1988 çi ildə Eldar Bağırov Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancmışdır. 1992-ci il martın 21-də yaradılmış 845 saylı 790 nəfərlik batalyona Eldar Bağırovun adı verilir. Batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir.
1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən bacısı yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Eldar Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. Ailəli idi, 2 qız övladı var.
İstinadlar
Xarici keçidlər