Eldar Abasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü.
Eldar Abasov | |
---|---|
26 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1952 (71 yaş) |
Doğum yeri | |
Partiya | Bitərəf |
Təhsili | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri |
Həyatı
Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir.
Eldar Abasov ailəlidir, bir övladı var.
Fəaliyyəti
1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Eldar Abasov Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[1][2]
İstinadlar
- "I çağırış Azərbaycan Milli Məclisinin Sosial siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.