Eldar Əzimzadə

Eldar Əzimzadə (25 may 1934[2], Şuşa, Dağlıq Qarabağ[2]20 yanvar 2003[2], Bakı[2]) — Azərbaycan-sovet futbol hakimi, FİFA arbitri (1979). 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş, 9 dəfə ən yaxşı 7 hakimi sırasına daxil olmuşdur. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur.

Eldar Əzimzadə
Eldar Muxtar oğlu Əzimzadə
Doğum tarixi
Doğum yeri SSRİ, Azərbaycan SSR, Şuşa[1]
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri
Fəaliyyəti futbol hakimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Eldar Əzimzadə 1934-cü il mayın 25-də Şuşada[1] anadan olub. Yeniyetmə yaşlarında İçərişəhərin məhəllələrində yaşıdları ilə top qovan Eldar komandada hücumçu kimi oynayırdı. Texnikası və qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirdi. Günlərin birində oyundan sonra istirahət edərkən idman ustası, "Neftçi" (Bakı) klubunun əsas müdafiəçilərindən biri olmuş Naum Naumtsev ona yaxınlaşaraq Andreyev adına zavodun futbol komandasının məşqçisi olduğunu və Eldarı öz komandasında görmək istədiyini bildirir. Gənc Eldarın futbolçu karyerası belə başlayır.

Karyerası

1950-ci illər

1952-ci ildə 18 yaşlı Eldar Azərbaycanın gənclərdən ibarət milli komandasının tərkibində Daşkənddə keçirilən SSRİ birinciliyində iştirak edir. 1957-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda təhsilini bitirdikdən sonra Əzimzadə ali məktəbdə qalaraq, futbol üzrə müəllim işləyir. O zaman kafedrada Tofiq Bəhramov, Şamil Rzayev, Boris Zayonts kimi tanınmış mütəxəssislər çalışırdılar. Eldar da təcrübəli müəllimlərin biliklərindən bəhrələnirdi. Həmin ilin sentyabrında Bakı birinciliyi uğrunda yeniyetmələrdən ibarət Dinamo və Spartak komandalarının qarşılaşmasının hakimi gəlib çıxmadığı üçün Futbol Federasiyasının məsul işçisi Boris Zayonts Eldardan oyuna hakimlik etməsini xahiş edir və beləcə onun hakimlik karyerası başlayır.

1960-cı illər

1961-ci ildə SSRİ Futbol Federasiyasının Hakimlər kollegiyası tərəfindən Azərbaycanın bir qrup hakimi – B.Zayonts, T.Bəhramov, T.Vəliyev, Y.Qriqoryev, N.Məmmədzadə ilə yanaşı E.Əzimzadəyə də ölkə çempionatının oyunlarını idarə etmək təklif olunur. Gənc Eldar ümumittifaq yarışlarına referi kimi ilk dəfə Qroznının Terek və Riqanın Dauqava Riqa komandaları arasında keçirilən matçda çıxır. Təcrübəli hakimlər Teymur Vəliyev, Yuri Qriqoryev həmin oyunda Əzimzadənin köməkçiləri olmuşlar. Futbol icmalçısı, idman ustası Aleksey Leontyev Futbol həftəliyində həmin oyun barədə belə yazmışdı:

SSRi-nin bacarıqlı futbol hakimləri sırasına daha bir hakim – bakılı Eldar Əzimzadə daxil oldu.

Bundan sonra E.Əzimzadə SSRİ çempionatının güclülər dəstəsinin (o zaman "A" qrupu adlanırdı) oyunlarında baş hakim kimi birinci dəfə 1967-ci il sentyabrın 25-də Moskvada Torpedo və Zarya komandaları arasındakı matçı idarə edib. Həmin oyuna nəzarət edən nüfuzlu komissiya E.Əzimzadənin hakimliyinə belə rəy vermişdi: "Oyun "yaxşı" qiymətə layiqdir. E.Əzimzadə güclülər dəstəsində növbəti görüşlərə tövsiyə edilməlidir". İlin sonunda həmyerlimiz ümumittifaq dərəcəli hakim adına layiq görüldü.

1968-ci il mövsümündə bir neçə oyunu idarə etdikdən sonra bakılı referini çempionatın ən məsul matçlarından sayılan Dinamo KiyevTorpedo qarşılaşması gözləyirdi. Həmin qarşılaşma haqqında təəssüratlarını Eldar Əzimzadə "Məhəbbətim mənim – futbol" adlı kitabında oxuculara belə nəql edir:

"Bu xəbəri eşidəndə qulaqlarıma inanmadım. Çünki bu, çox prinsipial oyun idi. Mən, köməkçilərim Rauf Adıgözəlov və Əliskəndər Nağıbəyov Ukrayna paytaxtına gəldik. Oyunun inspektoru Nikolay Latışev bizi gözləyirdi. 95 min tamaşaçı ilə bərabər, stadiona Ukrayna KP MK-nın birinci katibi Şelest və onun komandası da təşrif buyurmuşdu. Belə halda dizlərin necə əsməsin? Meydana çıxanda yenə də rəhmətlik anamın mənə bağışladığı Quranı öpüb cibimə qoydum. Bu həyəcanlı dəqiqələrdə onun köməyinə ümidim böyük idi. Oyun çox gərgin keçirdi. 35-ci dəqiqədə Streltsov hesabı açdı. Birinci hissə torpedoçuların xeyrinə qurtardı. Fasilədən sonra dinamoçular nəinki bu topun əvəzini çıxdılar, hətta 88-ci dəqiqədə qələbə topunu da vurdular."

E.Əzimzadə, "Məhəbbətim mənim – futbol".

1970-ci illər

1974-cü il həmyerlimiz üçün ən uğurlu illərdən biri olub. SSRİ birinciliyi oyunlarında "yaxşı" və "əla" qiymətlərlə hakimlik etdiyi üçün ilin sonunda onun adı ölkənin on ən yaxşı hakimi siyahısına daxil edildi.

Ertəsi gün "Sovetski sport" və digər mərkəzi qəzetlər məni bərk tənqid etdilər. Etiraf etməliyəm ki, bu ədalətli tənqid idi. Çünki kiyevli İ. Sabo kobud oynayırdı. Hətta bir epizodda fit çalınandan sonra özünü çox intizamsız apardı. O, topu götürüb rəqibin üzünə vurdu. Bu hərəkətinə görə Sabo meydandan qovulmalı idi. Mən isə ona sarı vərəqə göstərməklə kifayətləndim".

Belə səhvlərə görə hakimlər də cəzalanırlar. Altı ay müddətinə hakimlikdən kənarlaşdırılandan sonra E.Əzimzadə yenidən SSRİ çempionatının birinci və güclülər dəstələrinin oyunlarını idarə etməyə başladı.

1974-cü il həmyerlimiz üçün ən uğurlu illərdən biri olub. SSRİ birinciliyi oyunlarında "yaxşı və "əla" qiymətlərlə hakimlik etdiyi üçün ilin sonunda onun adı ölkənin on ən yaxşı hakimi siyahısına daxil edildi.

1976-cı ilin fevralında Əzimzadə ilk dəfə beynəlxalq matça hakimlik etmək üçün dəvət alıb. İranda 12 ölkənin gənclərdən ibarət milli komandasının iştirakı ilə beynəlxalq turnir təşkil olunmuşdu. İran turnirindən sonra həmyerlimiz UEFA Kuboku uğrunda Rumıniyanın ACA komandası ilə Yuqoslaviyanın Srvena Zvezda klubu arasındakı matçı idarə edib. Bu oyunda ona tanınmış hakimlər – kaunaslı K. Andzyülis və riqalı M. Rubenis kömək ediblər. Gözlənildiyi kimi təcrübəli Yuqoslaviya futbolçuları böyük hesabla qalib gəlmişdilər. Həmin matçdan sonra bakılı hakim UEFA turniri çərçivəsində İstanbulun Qalatasarayİngiltərənin Aston Villa komandalarının görüşünü idarə etmək üçün Türkiyədən dəvət alır.

1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında SSRİ-ni azərbaycanlı hakim Eldar Əzimzadə təmsil edib. Orada mərkəzi oyunlardan birini – Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.

İldən-ilə Eldar Əzimzadənin idarə etdiyi beynəlxalq oyunların sayı artır. 1978-ci il onun üçün çox sevindirici olur. FİFA-ya göndərilən SSRİ-nin yeddi ən yaxşı hakiminin siyahısında onun adı dördüncü idi. Bu isə ona dünya və Avropa çempionatlarının seçmə matçlarına hakimlik etmək hüququ verirdi. Həmin il Əzimzadə Danimarka-Portuqaliya görüşünü idarə edib. Bu, onun milli komandalar səviyyəsində idarə etdiyi ilk rəsmi oyun idi.

Matç zamanı belə bir hadisə baş verib. Görüşün ortalarında tribunadan meydançaya daş atılıb. Əzimzadə oyunu dayandırıb, matçın komissarını meydana dəvət edərək deyib ki, qoy stadionda elan edilsin, əgər bir də meydana daş atılsa, o, görüşü dayandırıb, yerli komandaya məğlubiyyət verəcək. Bundan sonra azarkeşlər özlərini intizamlı aparıblar.

1979-cu ildə həm SSRİ çempionatının məsul görüşlərində, həm də UEFA turnirləri çərçivəsində keçirilən prinsipial matçlarda yüksək səviyyədə hakimlik etdiyi üçün E.Əzimzadəyə təkcə qalib komandaların deyil, həm də məğlub olmuş klubların rəhbərləri tərəfindən təşəkkürlər edilərək, xatirə hədiyyələri təqdim olunub. Buna misal olaraq BarselonaİpsviçTorino- Ştutqart matçlarını göstərmək olar. Bu oyunları yüksək səviyyədə idarə etdiyinə görə FİFA 1979-cu ildə E.Əzimzadəyə beynəlxalq dərəcəli hakim adını verib.

Nəhayət, 1979-cu ildə futbol mövsümünün yekunlarına görə Sovet İttifaqının 1 nömrəli hakimi seçilən Eldar Əzimzadəyə Moskva Yay Olimpiya oyunlarının futbol turnirinə hakimlik etmək həvalə olunur. Olimpiada ərəfəsində bakılı hakim yarışları idarə edəcək referilərin Almaniyanın Dyusburq şəhərində keçirilən seminarında iştirak edir. Bundan əlavə, o, Avro-80 seçmə oyunları çərçivəsində Belçika – Şotlandiya, habelə Olimpiya turnirinin seçmə matçı olan Çexoslovakiya-Polşa görüşlərini də idarə etməli olub. Yeri gəlmişkən, bir hadisəni də xatırladaq. Praqa matçı ərəfəsində ürəyində ağrı hiss edən Eldar müəllim bunu heç kimə bildirməyib. Yalnız Bakıya qayıtdıqdan sonra ailə üzvlərinin təkidi ilə çağırılan hakimlər onun ürəyinin ciddi xəstə olduğunu müəyyənləşdiriblər. İki-üç aylıq müalicədən sonra Əzimzadənin səhhəti yaxşılaşıb və o, hakimliyini davam etdirib.

Olimpiada – 1980

1980-ci ildə Moskvada təşkil olunan XXII Yay Olimpiya oyunları çərçivəsində keçirilən futbol yarışlarının birinci turunda İspaniya-Əlcəzair görüşünü idarə edən həmyerlimizin köməkçiləri Milçenko və Stupar olublar. Ümumittifaq hakimlər kollegiyasının sədri Nikolay Latışev bu xəbəri eşidəndə FİFA-nın Avropa Hakimlər Komitəsinin sədri Zaypertdən təəccüblə soruşur: "Nə üçün məhz Əzimzadə?" O isə belə cavab verir: "Mən Eldar bəyə inanıram. O, çox yaxşı hakimdir". Qrup oyunları Sankt-Peterburqda, KiyevMinsk şəhərlərində keçirilirdi. Yarımfinal və final matçları isə Moskvada oynanılıb. Finala iki gün qalmış FİFA-nın o zamankı baş katibi Yozef Blatter həmyerlimizi mehmanxanada görüb, onu həlledici oyuna baş hakim təyin olunması münasibətilə təbrik edib. Final matçının hakimlik məsələsi müzakirə olunarkən Zaypert qeyd edib ki, finalda iki sosialist ölkəsinin komandaları qarşılaşacaqlar. Ona görə də həlledici görüşün hakimliyi Eldar Əzimzadəyə həvalə olunur. Köməkçiləri isə italiyalı Latanzi və isveçli Erikson olur.

1980-ci il avqustun 2-də XXII Yay Olimpiya oyunlarının futbol turnirinin final matçı Moskvanın mərkəzi stadionunda 85 min tamaşaçının iştirakı ilə keçirildi. Turnirin sayca 32-ci, ən axırıncı matçında yarışların ən güclü komandaları – ÇexoslovakiyaAlmaniya Demokratik Respublikası qarşılaşdılar. İlk dəfə idi ki, belə bir möhtəşəm turnirin final görüşünü Sovet hakimi idarə edirdi. Həmyerlimiz çətin imtahan qarşısında idi.

Oyun gözlənildiyi kimi, çox gərgin keçir. Birinci hissədə qol vurulmur. Fasilədən sonra mübarizə daha sərt şəkil alır. Görüşün qurtarmasına yarım saat qalmış qarşılıqlı kobud oyuna görə hakim alman Ştaynbaxı və çex Bergeri meydandan çıxarır. 77-ci dəqiqədə Çexoslovakiya komandası sol cinahdan sürətlə hücuma keçir və Sloboda hesabı açır – 1:0. Bu matçın yeganə qolu olur. Çex futbolçuları ilk dəfə Olimpiya çempionu olurlar. Mətbuat konfransında hər iki komandanın məşqçisi belə bir ümumi fikir söyləyirlər ki, meydanda ən yaxşı təsir bağışlayan oyunun hakimi idi.

Axşam "Sport" mehmanxanasında Olimpiya oyunlarının iştrakçıları üçün verilən ziyafətdə FİFA prezidenti Joao AvelanjBOK sədri Huan Antonio Samaranç final görüşünü əla idarə etdiyi üçün Eldar Əzimzadəyə xüsusi medal və diplom təqdim edirlər. Oyunun komissarı Zaypert isə hər üç hakimə "Əla" qiymət verdiyini elan edir.

1980-ci illər və karyerasının sonu

Olimpiya oyunları başa çatdıqdan sonra SSRİ çempionatı və ölkə kuboku uğrundakı oyunları da yüksək səviyyədə idarə etdiyi üçün Eldar Əzimzadə mövsümün sonunda ikinci dəfə ölkənin bir nömrəli futbol hakimi seçilir.

1982-ci ildə FİFA-nın prezidenti Joao Avelanjın şərəfinə Meksikada yeniyetmələrin beynəlxalq turniri keçirilirdi. Turnirin hakimlər korpusuna Sovet İttifaqından yalnız Eldar Əzimzadə daxil edilmişdi. Finala SSRİ-nin milli komandası çıxdığı üçün təbii ki, Əzimzadə həmin matça hakimlik edə bilməzdi. O, üçüncü yer uğrunda Meksika-Avstraliya komandalarının oyununa hakimlik etdi və qarşılaşmanı qüsursuz başa çatdırdı. Həmin il xüsusilə yaddaqalan oldu. Belə ki, ilin sonunda üçüncü dəfə SSRİ-nin ən yaxşı hakimi elan edildi.

1983-cü ildə Azərbaycan SSR Bədən tərbiyəsi və İdman Komitəsinin futbol şöbəsinə rəis təyin olunan E.Əzimzadə 49 yaşında sonuncu dəfə güclülər dəstəsində TorpedoJalgiris komandalarının oyununu idarə etdi. O zamankı qaydaya görə, güclülər dəstəsində oyunlara 50 yaşına çatmamış adamlar hakimlik edə bilərdilər. Eldar Əzimzadənin hakimliklə vida matçı isə birinci dəstənin komandaları olan KolosKayrat futbolçuları arasındakı görüş oldu. Tofiq Bəhramovdan sonra futbol üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş ikinci azərbaycanlı hakim Eldar Əzimzadə futbol dairələrində, həqiqətən, yüksək nüfuza malik, ədalətli, prinsipial və qərəzsiz referi idi. Onun idarə etdiyi oyunların şahidi olanlar qürur hissi keçirir və həmin günləri iftixarla yad edirlər.

Son illəri

1994-cü ildə Azərbaycanın idman ictimaiyyəti Eldar Əzimzadənin 60 illik yubileyini təntənə ilə qeyd etdi. Bakı komandaları arasında futzal turniri təşkil edildi və yubilyar yarışın baş hakimi oldu.

Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də vəfat edib.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.