Eldar Əliyev (opera müğənnisi)

Eldar Tofiq oğlu Əliyev — Azərbaycanlı opera müğənnisi (bas).[2][3]

Eldar Əliyev
Eldar Tofiq oğlu Əliyev
Ümumi məlumatlar
Doğum adı Eldar Tofiq oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Milan, İtaliya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, opera müğənnisi
Janr opera
Səs tembri bas[1]
Təhsili Bakı Musiqi Akademiyası

1992-ci ildə İtaliyanın məşhur "Lirica Osimo" Akademiyasına qəbul olub. 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra peşəkar karyerasına "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında Motsartın "Sehirli fleyta" (ing. The Magic Flute) operası ilə başlamışdır. 1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında Timur obrazanı canlandırıb. Bologna, Brüssel və Romadakı canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb. 2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.[4]

Bioqrafiyası

28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub.[5] Orta təhsilini bitirdikdən sonra 1991-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1992-ci ildə isə İtaliyanın "Lirica Osimo" Akademiyasına qəbul olunub.

Peşəkar karyerasına 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında V.A. Motsartın məşhur "Sehirli fleyta" operası ilə başlayıb. 1994–1995-ci illərdə Gyorgy G. Rathın dirijorluğu ilə "Macbeth" (Banco) və "Madama Butterfly" (Lo Zio Bonzo) operalarında çıxış edib. 1995-ci ildə Rossini Opera Festivalı" çərçivəsində "Guglielmo Tell" operasında Leuthorl obrazını canlandırıb.[6] 1996-cı ildə Valeri Gergievin dirijorluğu ilə Sergey Prokofyevin "Oyunçu" operasında və "Teatro dell’opera Roma"da Juri Ahronovitchin dirijorluğu ilə "Turandot" (Timur) operasında, 1997-ci ildə "Rossini Opera Festivalı" çərçivəsində Jurovskinin dirijorluğu ilə Rossinin "Moïse et Pharaon" operasında Pharaon obrazı ilə[7] və "New Israel Opera" evində "Rigoletto" operasında Sparafucile obrazı ilə çıxış edib. 1997–1998-ci illərdə "Teatro Regio di Parma"da Verdinin "Don Carlo" operasında Grande Inquisitore obrazını canlandırıb.

1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib.

1998-ci ildə Puccininin "Turandot" operasında canlandırdığı Timur obrazandan sonra Bologna, Brüssel və Romaya canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb.[8]

2002-ci ildə Renato Palumbonun dirijorluğu, Hugo de Ananın rejissorluğu ilə "Lucrezia Borgia" operasında canlandırdığı Astolfo obrazında səhnəni Mariella Devia ilə bölüşüb. Bundan sonra karyerasını davam etdirmək üçün "Teatro alla Scala"ya qayıdıb. 2005-ci ildə Çaykovskinin "Çereviçki" operasında çıxış edib.

2020-ci il, avqustun 4-də yaşadığı Milan şəhərində vəfat edib.

İstinadlar

  1. "Aliev Eldar". operissimo.com. Operissomo. 2023-07-08 tarixində arxivləşdirilib.
  2. "LA FORZA DEL DESTINO" (italyan). Teatro Alla Scala. 06 March 1999.
  3. "MUSICA SACRA DI GIUSEPPE VERDI" (italyan). www.retetoscanaclassica.it. November 2011. 2023-07-08 tarixində arxivləşdirilib.
  4. "İKİNCİ BEYNƏLXALQ MÜSABİQƏSİNİN MÜKAFATLARI, PRİZLƏRİ VƏ DİPLOMLARI" (az.). 2018-01-23 tarixində arxivləşdirilib.
  5. "Eldar Aliev" (italyan). www.discogs.com. 2022-04-04 tarixində arxivləşdirilib.
  6. "Guillaume Tell". www.rossinioperafestival.it. Rossini Opera Festival. 2021-08-04 tarixində arxivləşdirilib.
  7. "Moïse et Pharaon". www.rossinioperafestival.it (italyan). Rossini Opera Festival. 2021-10-17 tarixində arxivləşdirilib.
  8. "Eldar Aliev" (italyan). archiviostorico.operaroma.it. 2021-03-05 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.