Eldar Əliyev (əsgər)

Eldar Süleyman oğlu Əliyev (13 fevral 1994; Bakı, Azərbaycan13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Eldar Əliyev
Eldar Süleyman oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Cəbrayılın azad edilməsi
  Füzulinin azad edilməsi
  Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Xocavəndin azad olunmasına görə" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı

Həyatı

Eldar Əliyev 1994-cü il fevralın 13-də Bakıda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olmuşdur. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültesinə daxil olmuşdur. Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutur. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayır. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.

Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı.[2]

2016-cı il hərbi xidmətdən qayıdan Eldar Əliyev, Azərbaycanın böyük şirkətlərinin birində, Azərbaycan Supermarket MMC-də işə başlayır. Çalışqanlığı və savadı ilə birlikdə şərablar haqqında olan bilgisi[3] onu daha böyük şirkətlərdə daha yüksək vəzifələrə aparır və Azərbaycanın ən böyük oteli olan Bulvar Hoteldə çalışmağa başlayır. Eldar həmçinin özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edir, beynəlxalq sertifikatlar əldə edirdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi. Subay idi.

Hərbi Xidməti

2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edir.  

İkinci Qarabağ müharibəsində iştirakı

2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsinin başlaması ilə birlikdə Eldar da cəbhəyə könüllü olaraq yollanır. Füzuli, HadrutCəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 Oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olmuşdur. 18 Oktyabr tarixində Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Qeyd edək ki, Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn olunmuşdur.  

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il sərəncamı ilə layiq görüldü.[5]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Füzulinin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamı ilə layiq görüldü.[6]

Dünyaca məşhur “Nyu-York Tayms” qəzeti İkinci Qarabağ Müharibəsi haqqında olan məqalələrindən birində Eldar Əliyevin şəhid olmasından bəhs etmişdi.[7]

Təltif və Mükafatları

İstinadlar

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) Arxivləşdirilib 2020-12-08 at the Wayback Machine ( (az.)). 08.12.2020. İstifadə tarixi: 19.12.2020.
  2. Kənan Novruzov (09/12/2020). Şəhidimiz “Nyu-York Times”ın manşetində: “Ona “Napo” deyirdilər” - Fotolar Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine ( ( (az.)). İstifadə tarixi: 19.12.2020.
  3. "Eldar Əliyev Blog". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" Arxivləşdirilib 2020-12-21 at Archive.today ( (az.)). 15.12.2020. İstifadə tarixi: 19.12.2020
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" Arxivləşdirilib 2021-01-19 at Archive.today ( (az.)). 25.12.2020. İstifadə tarixi: 25.12.2020
  6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2020-12-15 at Archive.today ( (az.)). 24.06.2021. İstifadə tarixi: 26.06.2021
  7. "Nyu-York Tayms" qəzeti (21.10.2020) "In Azerbaijan, Pain and Loss Drive War Fever" Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine. İstifadə tarixi: 19.12.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.