Eldar İsmayılov (siyasətçi)

Eldar Vəkil oğlu İsmayılov (25 yanvar 1949, Qaymaqlı, Qazax rayonu) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991–1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), "Şöhrət" ordeni laureatı.

Eldar İsmayılov
bayraq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
oktyabr 1991 2 iyul 1992
SonrakıYusif Sevdimalıyev
Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin sədri
dekabr 1990 oktyabr 1991
Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi
noyabr 1989 oktyabr 1991
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 1949(1949-01-25) (75 yaş)
Doğum yeri
Partiya

Təltifləri "Şöhrət" ordeni

Həyatı

Eldar İsmayılov 1949-cu il yanvar ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Sumqayıt Kimya Kombinatına göndərilmişdir. 1971-ci ilin avqust ayında aparatçı kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ildən 1975-ci ilə kimi sex rəisinin müavini işləmişdir. 1976-cı ildə Ali Komsomol məktəbini, 1990-cı ildə isə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Siyasi-ictimai fəaliyyəti

1975-ci ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Komsomol komitəsinin katibi seçilir. 1978–1981-ci illərdə "Kimyasənaye" birliyində Baş direktorun müavini, 1981–1983-cü illərdə "Azkimyatəmir" trestində müdir müavini işləyib.

1983-cü ildə "Sintetik kauçuk" zavodunda partiya komitəsinin katibi seçilir.

1985-ci ilin yanvar ayından 1988-ci ilin sentyabr ayına kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və Kimya şöbəsində təlimatçı vəzifəsində işləyir.

1988-ci ildə Sumqayıt şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1989-cu ilin noyabr ayında Sumqayıt şəhər Partiya Komitəsinin 1-ci katibi, 1990-cı ildə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri seçilir. 1991-ci ilin oktyabr ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunur.

1992-ci ilin iyun ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən istefa verir.

1993-cü ildən 1995-ci ilin may ayına kimi Azərbaycan Respublikası Nazirlər Kabineti şöbə müdirinin müavini vəzifəsində işləyir.

1995-ci ilin may ayından 1996-cı ilin may ayına kimi Sumqayıt Superfosfat zavodunun, 1996–2000-ci illərdə "Sintezkauçuk" zavodunun direktoru vəzifəsində işləmişdir.

1990-cı ildə Respublika Ali Sovetinin deputatı seçilmişdir. 1999-cu ildən 2014-cü ilə kimi Sumqayıt Bələdiyyəsinin üzvü olmuşdur.

2000-ci ilin avqust ayından 2002-ci ilin yanvar ayına kimi Superfosfat zavodunun direktoru, 2002-ci ildən 2014-cü ilə kimi "Sumqayıt Superfosfat" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində işləmişdir.

YAP Sumqayıt şəhər təşkilatının III, IV, V və VI konfranslarında təşkilatın şura üzvü seçilmişdir.

Hal-hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri vəzifəsində işləyir.

Təltifləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli 590 saylı sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Ailəsi

Ailəlidir, 3 övladı var.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.