Eldar İsgəndərov

Eldar Hüseyn oğlu İsgəndərov (30 avqust 1950, Bakı) — Azərbaycan violonçelçalanı, İstanbul Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2005).

Eldar İsgəndərov
Ümumi məlumatlar
Digər adı Eldar İskəndərov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Atası Hüseyn İsgəndərov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, pedaqoq
Fəaliyyət illəri 1969-cu ildən
Musiqi aləti violonçel
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2005 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2005

Həyatı

Eldar Hüseyn oğlu İsgəndərov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Hüseyn İsgəndərov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Azərbaycan SSR avtomobil nəqliyyatı naziri işləmiş, anası Suğra Qayıbova isə ilk azərbaycanlı neftçi-mühəndis qadınlardan olmuş, "Lenin" ordeni ilə təltif edilmişdir.[1]

Eldar İsgəndərov 1957–1968-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində əvvəlcə Vladimir Anşeleviçin, iki il sonra isə İsaak Turiçin sinfində violonçel ixtisası üzrə təhsil almışdır. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında Sabir Əliyevin sinfində təhsilini davam etdirmişdir. Burada ikinci kursda oxuyarkən, 1969-cu ildə musiqi ifaçılarının üçüncü Zaqafqaziya müsabiqəsinin diplomantı və laureatı adına layiq görülmüş, violonçel ifaçılarının üçüncü ümumittifaq müsabiqəsində fəxri fərmanla təltif edilmişdir.[1]

Eldar İsgəndərov 1973-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində işləmişdir. 1975–1977-ci illərdə Moskva Dövlət Konservatoriyasında assistent-stajorluq üzrə professor Tatyana Primenkonun violonçel sinfində təhsil almışdır. Tam ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına pedaqoq kimi çalışmağa dəvət olunmuşdur.[1]

1981-ci ildə Eldar İsgəndərov ali təhsil tələbələrinin ümumittifaq yaradıcılıq festivalının fəxri fərmanına layiq görülmüşdür. Həmin il Lvovda, 1988-ci ildə isə Tbilisidə ixtisasartırma kvalifikasiya kursları keçmişdir. Tezliklə məşhurlaşan Eldar İsgəndərov bir çox Azərbaycan bəstəkarları ilə əməkdaşlıq etmiş, bir sıra əsərlərin yazılmasında yaxından iştirak etmiş və onların ilk ifaçısı, redaktoru və interpretatoru olmuşdur.[1]

Təltif və mükafatları

İstinadlar

  1. Tahirə Mustafayeva. Azərbaycanda milli violonçel sənətinin yaranmasına dair (dərs vəsaiti). Bakı. 2019. səh. 71–78.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.