Eldar çölü düzü
Eldar çölü düzü — Palantökən və Qomroy dağları arasındakı geniş düzənlik sahəni tutur.
Eldar çölü düzü | |
---|---|
az/Eldar çölü düzü | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 216 m |
Yerləşməsi | |
41°07′13″ şm. e. 46°22′26″ ş. u. | |
Ölkələr | |
Rayon | Samux |
|
|
|
Ümumi məlumat
Eldar çölü düzü qərbdə Eldaroyuğu dağı, şərqdə isə Mingəçevir su anbarı ilə sərhədlənir. Sahəsi 371 km² olub, qərbdən şərqə doğru uzunluğu 36 km, eni isə 12 km-ə qədərdir.
Tektonik cvəhətdən antiklinoriumunun şimal hissəsində yerləşməklə, Eldar sinklinalına uyğun gəlir.
İqlimi tamailə yarımsəhra xarakterli olub, yayın orta temperaturu Samuxda 14,2 qışınki isə 0,8–3,40-dir. Ən isti ayın (iyul) orta temperaturu 26,70, ən soyuq ayınki (yanvar) isə 0,80-dir. Orta illik yağıntı265 mm (Samuxda), orta illik buxarlanma isə 1000–1200 mm arasında dəyişir.
Çay şəbəkəsi əsasən müvəqqəti axarı olan yarğan və qobulardan ibarətdir. Qüvvətli leysan yağışları zamanı bu yarğanlarda axar əmələ gəlir. Rayonun mərkəzindən keçən və daimi axarı olan İori çayı əsasən yağış və yeraltı sularla qidalanır.
Eldar çölü düzündə boz-qonur torpaqlar üzərində yayılmış yarımsəhra tipli bitkilər (yovşan-kəngiz, kəngiz-yarağan, yovşan-efemer qruplaşmaları) əsas yer tutur. Lakin İori çayının terraslarında və suvarılan sahələrdə çəmən, çəmən-çala torpaqları üzərində müxtəlif çəmən otları yayılmışdır. Şimal kənarında dar zolaq şəklində açıq qonur və qonur torpaqlar üzərində seyrək arid saqqız meşəsi inkişaf etmişdir.
Burada taxılçılıq, bağçılıq və bostançılıq təsərrüfatın əsasını təşkil edir. Bundan əlavə burada maldarlıq da inkişaf etdirilmişdir.[1][2]
İstinadlar
- M. A. Müseyibov, M. Ə. Süleymanov Ceyrançöl alçaq dağlığının təbii landşaftı Bakı 1975
- Coğrafiya və təbii resurslar jurnalı № 2, Bakı 2015