Elburs anaptixiyası
Elburs anaptixiyası (Elmi adı - Anaptychia elbursiana) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.[1][2]
Elburs anaptixiyası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Elburs anaptixiyası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qısa morfoloji təsviri
Tallomu yarpaqvaridir, rozet formalı, 3-4(5) sm-qədər diametrdə soredilidir. Lövhəciklər yastı və yaxud qabarıqdır, yarılmış, eni 0,8-1(2) mm, bir-birilə sıxlaşmışdır. Lövhəciklərin üst hissəsi boz, bozumtul, nadi hallarda bozumtul –qəhvəyi rənglidir. Soredilər tünddür. Özəyi ağdır, alt hissəsi ağımtıldır. Bəzən mərkəzə doğru sarımtıl –qəhvəyiyə qədər bir qədər tündləşir. Soredilər qara rənglidir, lövhəciklərin qırağında yerləşirlər, Apotesilər məlum deyil. Piknidilər tünd qəhvəyi, talloma batırıblar. Mamırlı daşda daşların üzərində olan torpaqda,qayada, açıq və quru yerlərdə bitir.[1][2][3]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Yarpaq formalı talloma malik kserofit, işıqsevən növdür, soredi və piknidilər vasitəsi ilə çoxalır.[1][2]
Sayı və tendensiyası
Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.[1][2][5]
Mühafizə tədbirləri
Mühafizəsi üçün növün yayılmasını tam müəyyənləşdirmək və arealını xəritələşdirmək. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək, yeni yayılma yerlərini axtarmaq.[1][2][5]
İstinadlar
- Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
- "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
- Определитель лишайников России, 2008
- Алвердиева С.М., 2009;
- Tərtibçinin məlumatı