Elbrus Əzizov
Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq.
Elbrus Əzizov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lənbəran, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | türkologiya, dialektologiya, dil tarixi |
Elmi dərəcələri | filologiya elmləri doktoru, professor |
İş yerləri | Bakı Dövlət Universiteti, Türkologiya kafedrası |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Həyatı
Elbrus Əzizov 1947-ci il noyabrın 25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub. 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub. 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 saylı orta məktəbdə oxuyub. 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 saylı onbirillik orta məktəbdə oxuyub və həmin məktəbi qızıl medalla bitirib. 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub. 1974-cü ildə "Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Pedaqoji fəaliyyəti
1974-cü ildən Bakı Dövlət Universitetində işləyir. 1994-cü ildən Türkologiya kafedrasının professorudur. Azərbaycan dialektologiyası, Azərbaycan dilinin tarixi dialektologiyası, müasir türk dilləri fənlərindən dərs deyir.
2006-2011-ci illərdə Bakı Dövlət Universiteti filologiya fakültəsinin dekanı olmuşdur.
Əsərləri
- 2004, „Əmsali-türkanə" məcmuəsindəki atalar sözlərinin dil xususiyyətləri haqqında
- 2005, Dialektizm anlayışı və bəzi dialektizmlər haqqında
- 2005, Dialektologiyanın əsas anlayışları və terminləri haqqında
- 2005, Müasir türk dilləri (proqram)
- 2005, Azərbaycan dilinin tarixi dialektologiyası (proqram)
- 2005, Türk dillərinin dialektologiyası (proqram)
- 2006, Qədim türk əfsanəsi və Azərbaycan folkloru (ingilis dilində)
- 2006, Çuvaş dili haqqında
- 2006, Azərbaycan dialektologiyasına qiymətli töhfə
- 2006, Bədii dildə dialektizmlərin yeri
- 2007, Azərbaycan dilinin inkişaf məsələləri
- 2007, Azərbaycan dilçiliyində dialektologiyanın əsas anlayışları və terminləri məsələsi
- 2008, Mir Cəlalın bədii dilə münasibəti və onun üslubu haqqında
- 2008, Azərbaycan dilinin tətbiqində və dövlət dili kimi təsbit edilməsində Heydər Əliyevin rolu
- 2008, Ə.Əylislinin üslubu haqqında
- 2008, Qədim türk əfsanəsi və Azərbaycan folkloru (Azərbaycan və Koreya dillərində)
- 2008, Təbriz dialekti haqqında qiymətli əsər
- 2008, „Kitabi-Dədə Qorqud" abidəsinin oğuz dilləri kontekstində tədqiqi
- 2008, Azərbaycan dialektologiyası (proqram)
- 2008, Türk dillərindən biri: Müasir türk dili (proqram)
Kitabları
- 1995, Söz xəzinəsi (Söz haqqında araşdırmalar)
- 1999, Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı).
100-dən çox məqalənin, 2 monoqrafiyanın, 4 kitabın müəllifidir.