Elbrus Ərud
Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist [1]
Elbrus Ərud | |
---|---|
Seyfullayev Elbrus Ramiz oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Biləsuvar rayonu, Azərbaycan |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Ali |
İxtisası | Jurnalistika |
Fəaliyyəti | Jurnalist |
Əsərlərinin dili | Azərbaycanca |
İlk əsəri | "Yaza bilmədiklərim", "Anne annem" |
Mükafatları | |
qafqazinfo.az |
Həyatı
1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb.
2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir.[2]
Kitabları
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir.
2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
İstinadlar
- "Jurnalist Elbrus Ərud tələbələrə mühazirə oxuyub". 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-19.
- “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud