Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki.
Elbrus Şahmar | |
---|---|
Elbrus Şahmar oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Mahmudlu, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | publisist |
Həyatı
Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir.
1964–65-ci illərdə hərbi xidmətdə olub.
Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir.
Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR.
Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır. Hal-hazırda təqaüddə olan polis polkovnikidir.
Yaradıcılığa tələbəlik illərindən başlasa da 20 yanvar 1990-cı ildən mətbuatda çap olunmağa başlamışdır.
1996-cı ildə "İlin nüfuzlu ziyalısı" adına layiq görülüb.
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisistdir. 2002-ci ildən "Əsilzadələr məclisinin", Respublika Vətən Müharibəsi veteranları birliyinin üzvü, "Qızıl qələm" (1995) və "Araz" (1995) ali ədəbi mükafatları laureatıdır.
Əsərləri
- "Kövrək məhəbbətim Qubadlı" Bakı, Bayatı-1994. 176 səh., 4000 tiraj.
- "Söz-söhbətim Bərgüşadım, Həkərim" Bakı, Tayms-1995. 126 səh., 1700 tiraj.
- "Məhəbbət allahın əmanətidir" Bakı, Bayatı-1995. 142 səh., 4500 tiraj.
- "Şah İsmayıl qartalları", Bakı-1996. 160 səh. (şəkilli), 3000 tiraj.
- "Xalqın inam simvolu" Bakı, Dünya-1996. 207 səh., 5000 tiraj.
- "General Arif Heydərov" Bakı, "Elm və həyat"-1996. 139 səh., 2000 tiraj.
- "Tərbiyəsi daha əziz" Bakı, Təbriz-1997. 101 səh., 500 tiraj.
- "Polis təbəssümü" Bakı, Dünya-1997. 318 səh., 1100 tiraj.
- "Azərbaycan polisi" Bakı, Dünya-1997. 285 səh., 3000 tiraj.
- "Şirin candan keçənlər" Bakı, Çənlibel-1998. 262 səh., 500 tiraj.
- "Bir ömür nədir ki…" Bakı, Səda-1996. 251 səh., 500 tiraj.
- "Kişi ömrü" Bakı, Təbriz-1998. 150 səh., 600 tiraj.
- "Gün var, min aya dəyər" Bakı, Araz-1998. 147 səh., 300 tiraj.
- "Fəxrimiz Ərzuman" Bakı, Səda-1998. 455 səh., 1200 tiraj.
- "Xanimanım Qubadlı" Bakı, Araz-1998. 795 səh., 1500 tiraj.
- "Daxili İşlər Orqanları generalları" Bakı, Səda-1999. 503 səh., 1300 tiraj.
- "Göyçədən başlayan ömür yolu" Bakı, Çıraq. 130 səh., 500 tiraj.
- "Odla su arasında" Bakı, Xatirə-2000. 109 səh., 500 tiraj.
- "Dağlar mənə qar göndər" Bakı, Şuşa-2000. 243 səh., 400 tiraj.
- "Ocaq yanğısı" Bakı, Nurlan-2004. 600 səh., 500 tiraj.
- "Ömür yolu" Bakı, Oskar-2004. 300 səh., 500 tiraj.
- "Deyimlər mülahizələr təəssüratlar". B.: "Zərdabi", 2008.-184 səh.
- "Mənim analı dünyam mənim nəvəli dünyam". B.: 2008.-176 səh.
- "Torpaq həsrəti" B.: "Nərgiz", 2008.-176 səh.
- "Yurdum viran olsa da…" "Zərdabi LTD" MMC, Bakı-2009. 504 səh. Tiraj 250.
- "Ömürnamə", Bakı, "Zərdabi LTD" nəşriyyatı-2010. 808 səh. Format 60х90 1/16. Tiraj 400 Kitab
- "Bir könüldən min könülə" "Zərdabi LTD" MMC, Bakı-2010. 248 səh. Tiraj 300.
- "Deyimlər, təəssüratlar, düşüncələr"
- "Fazilin Allah dərgahına gedən ömür yolu" "Zərdabi LTD" MMC, Bakı-2011. Tiraj 400.
Məqalələri
- "Azərbaycan polisinin tarixinə nəzər"
- "Ermənilər başına qiymət qoymuşdular", Laçın yurdu (jurnal) №3(6), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. səh.67.
Şəkilləri
Mənbə
- "Elbrus Şahmar-60", "Mühit" qəzetinin xüsusi buraxılışı.