Elşad Nəsirov (siyasətçi)

Elşad Nəsirov (1960, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti.

Elşad Nəsirov
Elşad Mustafa oğlu Nəsirov
"Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasında Prezident İlham Əliyevlə görüş zamanı çəkilmiş foto
"Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasında Prezident İlham Əliyevlə görüş zamanı çəkilmiş foto[2]
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Mustafa Nəsirov
Fəaliyyəti ARDNŞ-nın vitse-prezidenti
Mükafatları "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.

1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış[3], 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Rus, ingilis, fars, hind dillərini bilir.

İstinadlar

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.