Elşad Musayev

Elşad Musayev (5 sentyabr 1963, Allahverdi rayonu) — Böyük Azərbaycan Partiyasının sədri, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq baş katibi və təşkilati məsələlər üzrə sabiq katibi.

Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri
Vəzifədədir
11 may 2003-cüildən
Əvvəlkivəzifə təsis edildi.
1996 1998
SədrEtibar Məmmədov
bayraq
Azərbaycan Milli İstiqlal Partiyasının təşkilati məsələlər üzrə katibi
bayraq2
1994 1995
SədrEtibar Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1963(1963-09-05) (60 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Elşad Musayev 5 sentyabr 1963-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Allahverdi rayonunda doğulmuşdur.[1]

Elşad Musayev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.[1]

Elşad Musayev evlidir, 4 övladı var.[1]

Siyasi fəaliyyəti

Müstəqilliyin bərpasından sonra Azərbaycan Xalq Cəbhəsi bazasında yeni yaranmış Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir.[2] Qurultayın ikinci günündə rəhbər orqanlar seçkilər keçirilmişdir. Qurultayda 1-i qadın, 14-ü kişi olmaqla 15 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına üzvü seçilmişdir. Onlardan biri də Elşad Musayev olmuşdur.[3]

Elşad Musayev 1994–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının təşkilati məsələlər üzrə katibi, 1996–1998-ci illərdə isə baş katibi olmuşdur.[4] 2021-ci ilədək bu partiyada katiblik postu mövcud olmuş və sədr müavini vəzifəsinin ekvivalenti olmuşdur.[5]

Elşad Musayev 1995-ci il parlament seçkilərində AMİP-in namizədi olaraq 22 saylı Binəqədi-Nəsimi seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin o dairədən Akif Muradverdiyev deputat seçilmişdir. Elşad Musayev özündə olan seçki protokollarına görə özünün qalib olduğunu elan etsə də, şikayətləri təmin olunmamışdır. O, ardınca 4 fevral 1996-cı il tarixli təkrar parlament seçkilərində 21 saylı Binəqədi seçki dairəsi üzrə deputatlığa namizəd olmuş 49,3% səs toplamış, seçkilərin ikinci turuna, yəni 18 fevral 1996-cı il tarixli təkrar parlament seçkisində isə Toğrul İbrahimliyə məğlub olmuşdur.[6]

Elşad Musayev 2000-ci il parlament seçkilərində yenə 21 saylı Binəqədi seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O dairədə qalib namizəd Oqtay Əsədov olmuşdur.[6] 2000-ci il parlament seçkilərindən sonra, 2000-ci ildə Elşad Musayev Azərbaycan Milli İstiqlal Partiyasından istefa vermişdir.[4]

11 may 2003-cü ildə Böyük Azərbaycan Partiyasının təsis qurultayı keçirilmiş Elşad Musayev isə partiyanın sədri seçilmişdir.[1] Böyük Azərbaycan Partiyası 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.[7]

Elşad Musayev Böyük Azərbaycan Partiyası üzvü və sədri olaraq ilk dəfə 2006-cı il təkrar parlament seçkilərində iştirak etmişdir. O, bu seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizəd olsa da deputat seçilə bilməmişdir.[8]

Elşad Musayev 2010-cu il parlament seçkilərində partiyasının yeganə namizədi olaraq 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[9] Onun namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən dəstəklənmişdir.[10] O, 750 səs (9.9%) toplayaraq seçkiləri Rafael Cəbrayılovun ardınca ikinci sırada tamamlamışdır.[11]

Elşad Musayev 2015-ci il parlament seçkilərində AZADLIQ-2015 Seçki Blokunun vahid namizədi olaraq 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[12] O, 2076 səs (10.83%) səs toplayaraq seçkiləri Kamaləddin Qafarovun ardınca ikinci sırada tamamlamışdır.[13]

Elşad Musayev 2020-ci il parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, 666 səs səs toplayaraq deputat seçilə bilməmişdir.[14]

Prezident seçkilərində

Yeni qurulmuş Böyük Azərbaycan Partiyası sədri olan Elşad Musayev 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olsa da, lazım olan 40 min imzanı toplaya bilmədiyi üçün namizədliyi rəsmi qeydiyyatdan keçməmişdir.[15]

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla 7 fevral 2024-cü il tarixinə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin olunmuşdur.[16] 17 dekabr 2023-cü il tarixində Böyük Azərbaycan Partiyası Siyasi Şurasının seçkilərlə bağlı qərarı mətbuata açıqlanmışdır. Belə ki, partiya seçkilərdə sədr Elşad Musayevin namizədliyini irəli sürmüşdür.[17] Onun namizədliyi 21 dekabr 2023-cü il tarixində təsdiqlənmişdir.[18] Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri Vüqar Qasımov və Fikrət Cəfərov, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi isə Azad Məmmədov olmuşdur.[19] Elşad Musayev namizədliyi üçün lazım olan imza vərəqələrini və sənədləri Mərkəzi Seçki Komissiyasına 3 yanvar 2024-cü il tarixində təhvil vermişdir.[20] 9 yanvar 2024-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasında namizədliklərlə bağlı yekun qərar alınmışdır. Belə ki, lazımı sənədlərini və imzalarını komissiyaya təqdim etmiş Elşad Musayevin namizədliyi rəsmi olaraq qeydə alınmışdır.[21]

İstinadlar

  1. "Böyük Azərbaycan Partiyasının sədrinin prezidentliyə namizədliyi irəli sürülüb". www.amerikaninsesi.org. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  2. Rəşad Bayramov. "AMİP-in Təsis Qurultayından 28 il keçir". Ovqat.com. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.
  3. Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.3". Əli Orucov ( (az.)). 28.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
  4. "Elşad Musayev də prezident olmaq istəyir". 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  5. "AMİP-ə yeni sədr seçildi". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  6. moderator.az. ""Mənim bu əhaliyə bir vəfa borcum var"". moderator.az (az.). 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  7. "Dövlət qeydiyyatına alınmış siyasi partiyalar | Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  8. "Dörd namizəd təkrar seçkilərdə baş verəcək qanunsuzluğa qarşı birgə mübarizə aparacaqları ilə bağlı razılığa gəlib". Trend.Az (az.). 2006-05-10. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  9. modern.az. "Bütün deputatlığa namizədlər barədə yeni məlumat". modern.az (az.). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  10. modern.az. "Tanınmış namizədlərin seçki paradı..." modern.az (az.). 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  11. "9 BINƏQƏDI IKINCI SEÇKI DAIRƏSİ". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  12. "Namizədliyi qeydə alınanlar 2015 9 saylı Binəqədi". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  13. "9 SAYLI BİNƏQƏDİ İKİNCİ SEÇKİ DAİRƏSİ". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  14. "Seçki protokolları 9 saylı Binəqədi II". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  15. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Musayev Elşad Nəbi oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  16. "Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək". Milli.az. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2023.
  17. "Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürüldü - BAP qərar verdi". musavat.com. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  18. "MSK daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-21. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  19. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  20. "İrəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən namizədlərin siyahısı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az (English). 2024-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  21. "Azərbaycanda daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2024-01-09. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.