Elşad Məmmədov (milli qəhrəman)
Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Elşad Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1993-1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı o qardaş gülləsinə tuş gəldi.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir.
Haçaqaya kənd orta məktəbi qəhrəmanımız Elşad Məmmədovun adını daşıyır.
Daşkəsən yolu üstündə büstü qoyulub.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 194.
İstinadlar
Xarici keçidlər
- Məmmədov Elşad Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
- Elşad Məmmədov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine