Elşən Hacıbabayev
Elşən Hacıbabayev (tam adı: Elşən Atababa oğlu Hacıbabayev; 29 mart 1980, Bakı) — Azərbaycan aktyoru.
Elşən Hacıbabayev | |
---|---|
Elşən Atabala oğlu Hacıbabayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Atababa Hacıbabayev |
Fəaliyyəti | aktyor |
Təhsili |
Bakı Mədəni-Maarif Texnikumu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Həyatı
Elşən Atabala oğlu Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olmuşdur. 1998-ci ildə Bakı Mədəni Maarif texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Dram və kino aktyorudur. Film, reklam və kliplərdə çəkilmişdir. Evlidir.
Teatr səhnəsindəki rolları
- Hamlet (V.Şekspir) — keşiş
- Maqbet (V.Şekspir) — həkim
- Ölülər (C.Məmmədquluzadə) — Hacı Kazım ağa
- Mamay kişinin yuxuları (V.Səmədoğlu) — notarius
- İnək (N.Hikmət) — cocuk
- Karmen (P.Merime) — qaçaqmalçı; Alfonso
- Qum üzərində ev (M.Rüstəmbəyov) — Eldar
- Fanatlar (E.Hüseynbəyli) — oğlan
- Tabut (F.Mustafa) — musiqiçi
- Şübhəli əhvalat (Qabil) — reket
- Atamın kitabı (B.Vahabzadə) — həkim
- İblis (H.Cavid) — Arif
- Əbləhlərin toyu (R.Əlizadə) — Qardaşxan
- Mürafiə vəkilləri (M.F.Axundov) — aktyor
- Qarışqa yuvası (Ə.Qiyas) — Arif
- Sara Xatun (N.Saraclı) — Uğurlu
- Gecə soyğunçuları (M.Mitroviç) — polis
- Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Qənimət
- Tədbirə qarşı tədbir (V.Şekspir) — cəllad
- Kərbəlada doğan günəş (O.Altunbay) — Sərcun
- Nazirin xanımı (B.Nuşiç) — Ninkoviç
- Tarelkinin ölümü (A.S.Kabilin) — İvan Sidrov; 3-cü borc verən; şatala
- Nerostatı unudun (Q.Qorin) — nəzarətçi
- Aydın (C.Cabbarlı) — Mirzə Cavad
- Şeyx Sənan (H.Cavid) — Gürcü
- Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — cəllad
- Viktoriya (K.Hamsun) — qonaq
- Şelkunçik (E.T.A.Hofman) — kral
- Oliver Tvistin macəraları (Ç.Dikkens) — Britlz
- Əcəl atı (V.Əlixanlı) — Hətəm; Marlen
- Mən səni sevirəm – MSS (Ə.Əmirli) — Marlen
- Romeo və Cülyetta (U.Şekspir) — hersoq
- Buzovna kəndinin əhvalatları (Elçin) — Kələntər
- Hacı Qara (M.F.Axundzadə) — Kərəməli
- Şahzadə Xəzərin nağılı (K.Ağabalayev, N.Kazımov) — ağ div
- Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Hüseynqulu bəy
- Buratinonun macəraları (A.Tolstoy) — Bazilio
- Danışan gəlincik (A.Şaiq) — padşah
Filmoqrafiya
- "Moskva-Bakı" qatarı (film, 2005)
- İnterpapa (film, 2006)
- Qaydasız döyüş (film, 2009)
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: restorandakı ofisiant)
- Döngələr (teleserial, 2012)
- Bir ailəm var (teleserial, 2013)
- Çaqqal nəfəsi (serial, 2013)
- 5+ (film, 2014-2015) (bədii serial) (rol: polis zabiti)
- Mən evə qayıdıram (film, 2014)
- Taksi parkı
- Oğlan evi
- Oğlan evi 2
- Gizlənpaç (film, 2016)
- Ögey ana (teleserial, 2017)
- Qız qaçırtma (film, 2017)
- Samedik (film, 2017)
- İkinci pərdə (film, 2017)
- Bir milli on manat ( film 2015)
- Ögey ana (teleserial, 2017)
- Sarı gəlin (serial, 2017)
- Baldız (serial 2018)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.