Elçin Muradov

Elçin Tofiq oğlu Muradov (1 sentyabr 1989) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.

Elçin Muradov
Elçin Muradov 2008-ci il Yay Paralimpiya Oyunlarında
Elçin Muradov 2008-ci il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Elçin Tofiq oğlu Muradov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
İdman növü Yüngül atletika

Həyatı

Elçin Muradov 1989-cu il sentyabrın 1-də anadan olub.

Karyerası

2008-ci ilin avqust ayında Elçin Muradov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə ilə altıncı pillənin sahibi olan Elçin Muradov, 200 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi.

Daha sonra Elçin Muradov 2012-ci ilin avqust ayında Birləşmiş Krallığın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməyən Elçin Muradov, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elçin Tofiq oğlu Muradov "Tərəqqi" medalı ilə təltif edildi.[1]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Elçin Tofiq oğlu Muradov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.[2]

2016-cı ilin sentyabr ayında Elçin Muradov Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirinin təsnifat mərhələsində Elçin Muradov, onu bələdçisi ilə birləşdirən ip qopduluğu üçün turnirdən uzaqlaşdırıldı.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.