Elçin Baxşaliyev (rəssam)
Elçin Müzəffər oğlu Baxşaliyev (29 dekabr 1965, Boyəhmədli, Ağdam rayonu – 20 iyun 1993, Boyəhmədli, Ağdam rayonu) — Qarabağ müharibəsi şəhidi, rəssam, şair.[1]
Elçin Baxşaliyev | |
---|---|
Elçin Müzəffər oğlu Baxşaliyev | |
Doğum tarixi | 29 dekabr 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyun 1993 (27 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam, əsgər, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Elçin Baxşaliyev 29 dekabr 1965-ci ildə Ağdam rayonunun Boyəhmədli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Çita şəhərində sovet ordusunda hərbi xidmət keçmiş, ordudan tərxis edildikdən sonra Gəncə şəhərindəki İnşaat Texnikumunda nəqliyyatın istismarı fakültəsində təhsil almışdır. Ağdam rayonunun Qarabağ adına sovxozunda əmək fəaliyyətinə başlamışdır. Təhsil aldığı və işlədiyi illərdə Elçin rəssam kimi, şair kimi tanınmağa başlamışdı. Onun çəkdiyi təbiət lövhələri, portretlər yaxşı rəssam olmasından xəbər verirdi. Eyni zamanda o həm də gözəl şeirlər yazırdı.[2]
Qarabağ münaqişəsi başlayanda Boyəhmədli kəndində könüllü özünümüdafiə batalyonu yaradılmış, E.Baxşəliyev də həmin batalyona üzv yazılmışdır. 11 sentyabr 1992-ci ildə Paprəvənd kəndi ətrafında gedən döyüşlərdə yaralanmışdır.[3]
Elçin Baxşaliyev Ağdam rayonunun Boyəhmədli kəndinin müdafiəsində, 20 iyun 1993-cü ildə şəhid olmuşdur.[4]
Yubileyi
2017-ci ilin iyununda H.Z.Tağıyev adına Tarix Muzeyində şəhid-rəssam Elçin Baxşaliyevin 50 illik yubileyi keçirilmişdir. Yubiley akademik Nailə Vəlixanlı və "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyin sədri Almaz Zeynalovanın təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə şəhidin ailə üzvləri, qohumları və döyüş yoldaşları iştirak etmiş, xatirələrini yubiley iştirakçıları ilə bölüşmüşlər.[5]
Ailəsi
Elçinin atası Müzəffər, anası isə Validə Baxşaliyevadır. Elçinin dörd bacısı vardı: Şəhla, Aytəkin, Arzu və Şəfəq.
Elçin ailəli idi, Altunbəy adlı oğlu vardı. Ağdamın işğalından sonra qaçqın həyatı yaşyan ailə bir təsadüf nəticəsində 2 yaş 6 aylıq olan Altunbəyi də itirir.[6]
Ədəbiyyat
- Adil Şirin, "Vətən sevgisi", "Aydınlıq" qəzeti, - 1994, - 17 iyun. - səh.2.
- Əbülfət, "Anılan şəhid rəssam", "Ədalət" qəzeti, - 2017. - 1 iyul. - səh.9.
İstinadlar
- Əbülfət. "ANILAN ŞƏHİD RƏSSAM" (az.). adalet.az. 2017-06-30. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- Əbülfət MƏDƏTOĞLU. "QƏLƏM, FIRÇA VƏ SİLAH" (az.). anl.az. 2014-06-24. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- "Muzeydə şəhid Elçin Baxşəliyevə həsr olunmuş anım tədbiri keçirildi" (az.). edumap.az. 2017-06-19. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- "Muzeydə şəhid Elçin Baxşəliyevə həsr olunmuş anım tədbiri keçirildi" (az.). azhistorymuseum.gov.az. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- Arzu İlyasqızı. "Bu torpaq döyüşkən oğullar yetişdirməyə qadirdir" (az.). gunaz.az. 2017-06-23. 2020-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
- Əbülfət Mədətoğlu, "Qələm, fırça və silah" (Bir ömrün qısa səlnaməsi), "Ədalət". - 2014. - 24 iyun. - səh.6.