Elçin Baxşəliyev (20 Yanvar şəhidi)

Elçin Baxşəliyev (tam adı: Elçin Mirzə oğlu Baxşəliyev; 12 noyabr 1965, Bakı, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Elçin Baxşəliyev
Elçin Mirzə oğlu Baxşəliyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şorabad kənd qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Mirzə
Anası Nurxanım
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Sürücü

Həyatı

1965-ci il fevralın 12-də Bakıda anadan olmuşdur. Bakıda 225 nömrəli tam orta məktəbi, daha sonra isə 56 nömrəli texniki peşə məktəbini bitirərək çilingərlik sənətinə yiyələnmişdir.[2] 2 nömrəli avtobus parkında sürücü işləmişdir.

Subay idi.[3]

Qanlı Yanvar faciəsi

19-dan 20-nə keçən gecə 2 nömrəli taksi maşınları parkının yanında yaralılara kömək edərkən qarın nahiyəsindən güllə yarası almışdır. Aldığı xəsarətdən Semaşko adına xəstəxanada vəfat etmişdir. Qohumları onun meyidini yanvarın 20-də həmin xəstəxananın ölüxanasından tapmışdır.

Abşeron rayonunun Şuraabad (indiki Şorabad) kənd qəbiristanlığında dəfn edilmişdir.

Ünvan

Bakı, Ə. Ələkbərov küçəsi, 24.

Həmçinin bax

İstinadlar

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  3. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.