Elçin Bağırov (siyasətçi)

Elçin Tələt oğlu Bağırov (8 aprel 1959, Kirovabad) — Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi (2004–2022), Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri.

Elçin Bağırov
azərb. Bağırov Elçin Tələt oğlu
bayraq
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
bayraq2
22 mart 2004 17 oktyabr 2022[1]
bayraq
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
17 oktyabr 2022-ciildən
ƏvvəlkiMahir Əliyev[2]
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1959(1959-04-08) (64 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni "Xidmətlərə görə" ordeninin cəngavər dərəcəsi

Həyatı

Elçin Bağırov 8 aprel 1959-cu ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib[3].

18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır[3].

Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi işləyib[3].

17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub[4].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.