Elçin Hami Axundov

Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000).

Elçin Hami Axundov
Elçin Hami Əbdül oğlu Axundov
Doğum adı Elçin Əbdül oğlu Axundov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti animasiyaçı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı  — 2000

Həyatı

Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir.[1]

2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb.[2]

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür[3].

Filmoqrafiya

  1. Arzularını çəkən rəssam (film, 2007)
  2. Aslan və iki öküz (film, 1970)
  3. Ayı və siçan (film, 1970)
  4. Beşilliyin addımları (film, 1983)
  5. Bulud niyə ağlayır? (film, 1973)
  6. Cavanşir (film, 2002)
  7. Cırtdan (film, 1969)
  8. Cırtdan və div (film, 1983)
  9. Cırtdan-"pəhləvan" (film, 1981)
  10. Cücələrim (film, 1975)
  11. Daş (film, 1977)
  12. Dəniz səyahəti (film, 1992)
  13. Dınqıl, sazım, dınqıl (film, 1976)
  14. Əndazədən çıxanda (film, 1988)
  15. Fitnə (film, 1970)
  16. Güzgü (film, 1990)(I)
  17. Humayın yuxusu (film, 1985)
  18. Kirpi balası və alma (film, 1977)
  19. Qız, oğlan və şir (film, 1974)
  20. Lovğa fil balası (film, 1987)
  21. Meşəyə insan gəlir (film, 1980)
  22. Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
  23. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  24. Şah və xidmətçi (film, 1976)
  25. Şahzadə-qara qızıl (film, 1974)
  26. Sakit Yonun macəraları (film, 1985)
  27. Sınaq (film, 1985)
  28. Söhbətül-əsmar (film, 1994)
  29. Təqib (film, 1984)
  30. Toral və Zəri (film, 1979)
  31. Uçan zürafə (film, 1983)
  32. Ümid (film, 1992)
  33. Uşaq və külək (film, 1982)
  34. Yalançı çoban (film, 1991)

İstinadlar

  1. Axundov, E. “Bizim uşaqların, xaricilərin uşaqlarından nəyi əskikdir?”: [Azərbaycan Animasiya Filmləri studiyasının direktoru Elçin Hami Axundov ilə müsahibə] /müsahibəni apardı Həvva Cəlilova //Zaman.- 2014.- 14 yanvar.- S.7.
  2. Mədəniyyət TV. "Elçin Hami Axundov: "Həmişə zarafatla deyirəm ki, kukla-kukla oynayıram"" (az.). Youtube.com. 08.02.2024. 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  3. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313-318.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.