Elçin Əmirbəyov
Elçin Oktyabr oğlu Əmirbəyov (2 yanvar 1972, Bakı) — azərbaycanlı diplomat, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən); Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi (2017–2023).
Elçin Əmirbəyov | |
---|---|
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi | |
Vəzifədədir | |
18 iyul 2023-cü ildən | |
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi | |
24 iyun 2017 – 18 iyul 2023 | |
Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri | |
6 yanvar 2010 – 23 iyun 2017 | |
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri | |
2005 – 2009 | |
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri | |
2005 – 2017 | |
Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki Ofisi yanında daimi nümayəndəsi | |
2004 – 2009 | |
Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri | |
2004 – 2009 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Uşaqları | Ceylin, Aidə |
Həyatı
Elçin Oktyabr oğlu Əmirbəyov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1988-ci ildə Bakı şəhərinin 164 nömrəli orta təhsil məktəbini qızıl medalla bitirmişdir.
1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyəti
İlk əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində referent-tərcüməçi qismində başlamışdır.
1992–1993-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin attaşesi və daha sonra üçüncü katibi vəzifələrində çalışmışdır. 1993-cü ildə o, Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsilini almışdır. Daha sonra 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçmişdir.
1995–1997-ci illərdə o, Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərmişdir.
İlk uzunmüddətli xarici ezamiyyətdən Xarici İşlər Nazirliyinə geri döndükdən sonra o, ardıcıl olaraq 1998-ci ildə Beynəlxalq təşkilatlar İdarəsində birinci katib vəzifəsində, 1999-cu ildə həmin İdarənin Regional və beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2000-ci ildə o, ABŞ-də Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində (John F. Kennedy School of Government) beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirmişdir.
2001–2003-cü illərdə Brüsseldə (Belçika Krallığı) Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
2003–2004-cü illərdə Nyu-Yorkda (ABŞ) Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir olaraq çalışmışdır.
2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərmiş, 2005–2010-cu illərdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra etmişdir.
Cenevrədə çalışdığı zaman o, 2008–2009 illərdə BMT-nin İnsan Hüquqları Şurasının Vitse-prezidenti və eyni zamanda məruzəçi qismində fəaliyyət göstərmişdir. O, həmçinin 2007-ci ildə BMT-nin Cenevrədəki Ofisində İslam Əməkdaşlıq Təşkilatının (IKT) üzv-dövlətlərinin səfirlər qrupuna bir il ərzində sədrlik etmişdir. Bundan əlavə, 2008-ci ildə səfir Elçin Əmirbəyov BMT-nin Cenevrədəki Ofisində Şərqi Avropa regional qrupuna daxil olan üzv-dövlətlərinin səfirlər qrupuna sədrlik etmişdir.
Bununla yanaşı, 2005–2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri qismində çalışmışdır. Vatikanda çalışdığı zaman 2008-ci ildə Roma Papası Onaltıncı Benedikt (Pope Benedict XVİ) tərəfindən Müqəddəs Gregori ordeni ilə təltif edilmişdir (https://en.wikipedia.org/wiki/Order_of_St._Gregory_the_Great).
Həmçinin, o, 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra etmişdir.
E. Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında və eyni zamanda, Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmişdir.
Elçin Əmirbəyov fövqəladə və səlahiyyətli səfir diplomatik ranqına malikdir (2004).
24 iyun 2017-ci ildən 18 iyul 2023-cü illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.
18 iyul 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.[1]
Dövlət qulluğunda birinci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi vardır (2023).
İngilis, fransız və rus dillərini bilir.
Evlidir, iki övladın atasıdır.
İstinadlar
- https://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/Bureau3rdCycle.aspx
- http://divainternational.ch/in-the-human-rights-council-interview-with-his-excellency-mr-elchin-amirbayov-ambassador-of-azerbaijan-to-the-united-nations.html
- "Expo" kəndi
- Fransa Senatında Azərbaycanla bağlı debat
- https://en.wikipedia.org/wiki/Order_of_St._Gregory_the_Great
- https://www.youtube.com/watch?v=2Lpvyb4gQ2o
- https://fr.azvision.az/news/39150/interview-de-lambassadeur-dazerba%C3%AFdjan-en-france-m.elchin-amirbayov-%C3%A0-tv5monde-video.html%5B%5D
- https://www.youtube.com/watch?v=7dHtU64s-Ds
- https://www.youtube.com/watch?v=8x-LUWz_dco
- https://www.youtube.com/watch?v=XM4v0nTi54U
- https://www.youtube.com/watch?v=4sg5Vpd10ZQ
- http://www.policyleadershipinstitute.org/events/azerbaijan-geopolitical-context-strategic-considerations%5B%5D
- https://asan.gov.az/en/media/news/asan-xidmet-in-fransa-milli-assambleyasinda-teqdimati-kecirilib
- http://multiculturalism.preslib.az/en_events-Gn0qB8IeH9.html
- https://www.youtube.com/watch?v=TytYzKJpXHI
- "E.O.Əmirbəyovun Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.