Elçin İmanov (aktyor)

İmanov Elçin Bəhrəm oğlu (11 yanvar 1971, Tiləkənd, Yardımlı rayonu) — azərbaycanlı aktyor, rejissor.

Elçin İmanov
Elçin Bəhrəm oğlu İmanov
Doğum tarixi
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
rejissor
Fəaliyyət illəri 1993-h.h.

Həyatı

Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir.

Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir.

Ailəlidir. Bir övladı var.

Tamaşalar

  1. Hərənin öz ulduzu — Əlibala
  2. Lənkəran xanın vəziri — Hacı Salah
  3. Məşədi İbad — qorodovoy və Qoçu Əsgər
  4. Diqqət, şəhərdə manyak var — rejissor
  5. Qısqanc ürəklər — Telman
  6. Maritsa — Penijek
  7. Burla Xatun — I kafir
  8. Mənim sevimli dəlim — poçta gələn adamlardan biri
  9. Əlin cibində olsun — xəfiyyə
  10. Mənim ərim dəlidir — xidmətçi
  11. Poçtda xəyal — poçt işçisi
  12. Şeyx Sənan — kor ərəblə gəzən
  13. Dəli dünya — içki düşkünü

Filmoqrafiya

  1. Nəfsin bəlası — Nicat
  2. Tənbəlin toyu — gəlinin atası
  3. Şaxta Baba əməliyyatı — polis rəisi
  4. Bizim Bayram — sahə müvəkkili
  5. Köhnə məhəllədə yeni il — arxitektor
  6. Həyat varsa (Kəlmeyi şəhadət) — Arif
  7. Həyat varsa (Qonşu haqqı) — Qalib

Teleseriallar

  1. Pərvanələrin rəqsi (serial, 2012) — Əhməd həkim
  2. Həkimlər — Sabir həkim
  3. Məhkumlar — Kamil
  4. Köpək bürcü — türmə rəisi
  5. Toy gecəsi (serial, 2013)

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.