Ekskursiya
Ekskursiya (lat. excursio — gəzinti, səfər) — maraq doğuran bölgələrin maarifləndirici, elmi, idman və ya istirahət məqsədi ilə tək və ya kollektiv şəkildə baxışın təşkili. Səfər tək və ya xüsusi təşkilatın rəhbərliyi ilə təşkil edilə bilər. Obyektin seyr ediməsi tək və ya xüsusi bələdçinin köməyi ilə ola bilər.
İlk ekskursiyalar XVII əsrin sonu, XVIII əsrin əvvəllərində böyük maarifçilərin təsiri altında Avropanın bəzi təhsil ocaqlarında təşkil edilmişdir. Həmin dövrlərdə tələbələr üçün qısa ekskursiya və piyada gəzintilər təşkil edilməyə başlanır. Bütün bunlar məşhur Polşa pedoqoqu Yan Komenskinin üsulu ilə, əyaniliyi təmin etmək və tərbiyə məqsədi ilə edilirdi. XVII əsrdə Rusiyada tanışlıq məqsədilə gəzmək, öyrənmək üçün səyahət edənlərin sayı artır və XVIII əsrdə xarici ölkələrə səyahətlər təşkil olunurdu. XVIII əsrdə Sankt-Peterburq və Moskva şəhərləri haqqında, XIX əsrdə isə Avropa ölkələrinin paytaxtları barədə, bələdçi-məlumat kitabları nəşr olunur. 1829-cu ildə səyahətçilər üçün bələdçi-məlumat kitabı nəşr olunur. Müəllifi K. Baedeper olan bu kitab Avropaya səyahət edən turistlər arasında geniş yayılır. 1888-ci ildə bələdçi-məlumat kitablarını nəşr etmək üçün xüsusi nəşriyyat açılır. XIX əsrdən məktəblərdə, ali təhsil ocaqlannda, səyahətlərdə ekskursiya təlimin bir forması kimi istifadə olunur. Elmi-coğrafi ölkəşünaslıq haqda məlumatlar toplamaq üçün ekskursiyalar təşkil edilir. Turizmin əsas məqsədi, ekskursiya və səyahətlər vasitəsilə əhalini maariftəndirmək idi. 1907-ci ildə Rusiya turist cəmiyyətinin (RTC) tərkibində "Rusiya üzrə ekskursiya" təşkilatı yaradılır. 1910-cu ildə müəllim və şagirdlərə, xidmət göstərmək üçün mərkəzi ekskursiya komissiyası təşkil edilir. 1914–1916-cı illərdə Moskva şəhərində "Ekskursiya xəbərləri adlı jurnal, 1914–1917-ci illərdə Yaraslavl şəhərində "Rus ekskursantı" jumalı nəşr edilir. XX əsrin 20–30-cu illərində mədəni-maarifçilik xarakterli ekskursiyalar, turizmin tərkib hissəsinə çevrilir. 1930-cu ildə "Ümumittifaq Proletar Turizm və Ekskursiyalar könüllü cəmiyyəti" yaranır. Bir çox şəhərlərdə, o cümlədən Bakı şəhərində onun filialı açılır. Xarici turizmin inkişafı ilə əlaqədar, SSRİ-də 1929-cu ildə Ümumittifaq "İnturist" səhmdar cəmiyyəti yaradılır. 1934-cü ildə bu cəmiyyətin Bakı şəhərində şöbəsi açılır. "İnturist"in Bakı şöbəsində, ekskursiya rəhbərləri, bələdçi tərcüməçilər hazırlayan Metodik Şura yaradılır. Metodik Şura xarici dilləri mükəmməl bilən, yüksək səviyyəli mütəxxəsislər hazırlayırdı. Bu mütəxəssislər ancaq xaricdən gələn turistlərə xidmət göstərir və xaricə gedən turist qruplarına rəhbərlik edirdilər. 1936-cı ildə turizm və ekskursiyalar rəhbərlik, Ümumittifaq Həmkarlar İttifaqının Mərkəzi Şurasına (ÜHİMŞ) və JBun yerlərdəki təşklatlarına tapşırılır. Respublikada bu iş Azərbaycan Həmkarlar İttifaqı Surası (AHİŞ) yanında "Turizm və Ekskursiyalar Idarəsi"nə həvalə olimur. Onun tabeliyinə, Bakı şəhərində "Turist bazası", Hacıkənddə "Turist evi" və Göy gölün sahilində "Turist düşərgəsi" verilir. 1962-ci ildə Bakıda "Turist klubu", 1963-cü ildə Nabranda "Xəzər" turist bazası, 1965-ci ildə "Bakı səyahətlər və ekskursiya bürosu", iki ildən sonra Gəncə, Sumqayıt, Abşeron (Mərdəkan, Bakı şəhəri) ekskursiya büroları açılır. «1969-cu ildə Naftalanda, 1971-ci ildə Xankəndində, 1972-ci ildə Mingəçevir, 1978-ci ildə Naxçıvan, 1980-ci ildə Lənkəran şəhərlərində ekskursiya büroları açılır. 1 aprel 1962-ci ildə Bakı şəhəri üzrə idman turist klubu", 1963-cü illərdə Turist avtobazası, təchizat bazası, turist ləvazimatlarının kirayə verilməsi məntəqəsi yaradılır". 1962-ci ildə Turizm və ekskursiyalar idarəsi, "Turizm üzrə Respublika Şurası" adlanır, 1969-cu ildən isə Turizm və ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası yaranır. Hələ 1940-cı ildə, turizmdə xidmətləri olan insanları təltif etmək üçün "SSRİ turisti" döş nişanı təsis olunmuşdu. 17 may 1965-ci ildə yaranan Bakı səyahətlər və ekskursiya bürosunda metodik şöbə fəaliyyət göstərirdi. Metodik şöbədə qrup və ekskursiya rəhbərləri hazırlanırdı. Ekskursiya rəhbərlərinə əvvəlcə ikinci, sonra üç ildən artıq işləyən və müxtəlif ekskursiya mövzularmı aparan mütəxəssislərə birinci dərəcəli ekskursiya rəhbəri adı və buna müvafiq əmək haqqı verilirdi. Metodik şöbəyə, Azərbaycan Elmlər Akademiyası və Ali məktəblərdən mühazirə oxumaq üçün tarixçilər, ədəbiyyatçılar, memarlar, coğrafiyaçılar və digər alim və mütəxəssislər dəvət olunurdu. XX əsrin 70–80-ci illərində Bakı səyahətlər və Ekskursiya bürosunun (BSEB) ən fəal işlədiyi illər idi. Bu illərdə SSRİ-nin müxtəlif şəhərlərinə on minlərlə turist göndərilmiş və bir o qədər də turist Bakı və Azərbaycanın digər yerlərində qəbul olunmuşdu. Saysız-hesabsız bu turist qruplarına yüksək ixtisaslı mütəxəssislər xidmət edirdi. Bakı səyahətlər və Ekskursiya bürosu yerli əhaliyə yüksək səviyyəli turist və ekskursiya xidmətləri göstərirdi. Azərbaycanın müxtəlif regionlarına (Nabran, Quba, Qusar, Şamaxı, Şəki, Lənkəran və s.) avtobus turist-ekskursiya marşrutları təşkil olunurdu. Bu marşrutlarda Bakı əhalisinə, ekskursiya və qrup rəhbərləri xidmət göstərir və müşayiət edirdilər. Bu dövrdə SSRİ-də, turizmin müxtəlif növlərinin inkişafına dövlət və həmkarlar ittifaqları yardım edirdi. 1958-ci ildə Beynəlxalq gənclər turizm bürosu "Sputnik" yaradılır. Büro SSRİ və xarici ölkə gəncləri arasında turizm mübadiləsini inkişaf etdirmək üçün yaranmışdı. 1972-ci ildə Bakı şəhərində "Sputnik" gənclər təşkilatı təşkil edilir. 1970-80-cı illərdə uşaq və məktəbli turizminin inkişafında "mərkəzi uşaq turist-ekskursiya stansiyası" mühüm rol oynayır. Artıq 1977-ci ildə SSRİ-də 200-dən çox "Uşaq Turist-Ekskursiya stansiyası" fəaliyyət göstərirdi. XX əsrin 70-ci illərində belə bir stansiya Bakı şəhərində də yarandı. "SSRİ üzrə hər il səkkiz milyon şagird turist və ekskursiya tədbirlərində iştirak edirdi". XX əsrin 70-ci illərində Kommunist Partiyası Mərkəzi Komitəsinin nazirlər kabinetinin Ümumittifaq Həmkarlar İttifaqının Mərkəzi Şurasının "Ölkədə turizmin və ekskursiyanın inkişafı tədbirləri haqqında qərarı böyük rol oynadı. «1970-ci ildə ekskursantların sayı 5 mln idisə, 1977-ci ildə artıq 152 mln-a çatır. 1977-ci ildə SSRİ-nin 600 şəhərində ekskursiya bürolarında turist və ekskursantlara 15 mindən çox ekskursiya mövzusu və marşrutları təklif olunurdu. Bu mövzular müxtəlif sahələri əhatə edirdi. Bunlar tarixi, memarlıq, ədəbiyyat və incəsənət, təbiət, istehsalata və s. aid ekskursiyalar idi. Həmkarlar ittifaqı nəzdində 35 mindən çox ekskursiya rəhbəri xidmət göstərirdi. İnkişaf etmiş ölkələrdə, artıq ekskursiyalar səyahətin əsas hissəsi olub məqsədli səciyyə daşıyır və bu da gəzmək, öyrənmək, tanış olmaq kimi ekskursiya turizminin yaranmasına səbəb olmuşdur.
Ekskursiyanın təsnifatı
Ekskursiyalar müxtəlif xüsusiyyətlərinə görə təsnif oluna bilər. Məzmununa görə ekskursiyalar icmal (çoxplanlı) və tematik ekskursiyalara bölünür. İcmal ekskursiyalar çoxmövzuludur, ərazi (ölkə, şəhər, qəsəbə) haqqında ümumi təsəvvür yaradır. Tematik ekskursiyalar isə hər hansı bir mövzunun tamamilə açılması ilə keçirilən ekskursiyalardır.[1] Tematik ekskursiyalar əsas olaraq aşağıdakı qrupları vardır[2]:
- Tarixi ekskursiyalar
- Təbiətşünaslıq ekskursiyaları
- İncəsənət ekskursiyaları
- Memarlıq-şəhərsalma ekskursiyaları
- Ədəbi ekskursiyalar
- İstehsalat ekskursiyaları
- Etnoqrafik ekskursiyalar
- Dini yerlərə ekskursiyalar və s.
İştirakçıların sayına və tərkibinə görə ekskursiyalar bölünür: fərdi və qrup ekskursiyaları, yerli əhali, gəlmə turistlər, yaşlılar, məktəblilər və s. üçün ekskursiyalar.[3]
Keçirilmə üsuluna görə ekskursiyaların aşağıdakı növləri vardır:
- Ekskursiya-mühazirə
- Ekskursiya-gəzinti
- Ekskursiya-konsert
- Ekskursiya-tamaşa
- Ekskursiya-konsultasiya
- Ekskursiya-dərs
- Tədris ekskursiyası
- Sınaq ekskursiyası və s.
Ədəbiyyat
- R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İstinadlar
- Cabbarov Ə. X. Turizm marşrutları və ekskursiya işinin təşkili / Dərs vəsaiti. Bakı-2017. 158 səh
- Turizmin əsasları: dərslik/müəllif kollektivi; dosent B.Ə.Bilalov və dosent Ş.G.Gülalıyevin redaktəsi ilə. Bakı, "QHT Nəşriyyatı", 2015, 496 s.
- Rəhimov S. H, Turizm-ekskursiya işinin təşkili. Dərs vəsaiti. Bakı: Mütərcim, 2004. — 312 səh