Ekosistemin komponentləri

Ekosistemin komponentləri-ekosistemin (biogeosenozun) fəaliyyətini təmin edən əsas tərkib hissələri.

Ümumi məlumat

Ekosistemin komponentləri abiotikbiotik olmaqla 2 hissəyə ayrılır. Biotik amillər öz növbəsində avtotroflar, produsentlər (sadə qeyri üzvi birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malik olanlar) və heterotroflara (mikrokonsumentlər (faqotroflar)) ayrılır. Belə ki, heterotrof orqanizmlər (əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi maddənin bir hissəsi ilə qidalanırlar. Redusentlər başqa cür adlandırsaq mikrokonsumentlər (osmotroflar, saprotroflar) – heterotrof orqanizmlər olub (əsasən göbələklərbakteriyalar) üzvi birləşmələri parçalayaraq (zülallar, karbohidratlar və s.) bəzi parçalanan (çürüyən) ərzaqları udur və qeyri üzvi maddələr yaradırlar. Bu isə produsentlərin qidalanması üçün yararlıdır. Heterotrof orqanizmlər özləri dəbiofaqlara (digər canlı orqanizmlərlə qidalanan orqanizmlər) və saprofaqara (ölü üzvi maddələrlə qidalanan orqanizmlər) bölünürlər.

Biogen ekosistemin komponentləri

Biotikabiotik ekosistemin komponentləri bir-birilə üzvi maddələrlə bağlı olub biogen ekosistemin komponentlərində birləşir. Biogen ekosistemin komponentlərinə canlı orqanika (biokütlə adlanır) və ölü orqanika olmaqla 2 hissəyə ayrılır. Töküntü– bitki qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən hissəsinə deyilir. Meşədə torpaq səthində çoxillik toplanan üzvi qalıqlar isə meşə döşənəyi adlanır. Ölü üzvi maddələrin birliyinə isə ölü kütlə deyilir. 

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.