Ekoloji problemlər

Ekoloji problemlər — müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Buraya aşağıdakılar daxildir:

  • İqlim dəyişiklikləri
  • Biomüxtəlifliyin məhvi
  • Torpaq, su və hava çirkliliyinin artması
  • Torpaq eroziyası
  • Canlıların məhvi

Bəşər (texnika) inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu proses 20-ci əsrdə çox-çox sürətlənmişdir. Milyonlarla avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodların tüstüsü, kondisionerlər və s. Texnika dünyamızı addım-addım məhvə doğru aparır. Düzdür, oksigen ehtiyatını, okeanlarda buxarlanan su tarazlasa da, yaşıllıqlarda fotosintez prosesi getsə də, bu tarazlıq keçən əsrlərdə qalmışdır.

Dizel daxiliyanma mühərrikini ixtira edərkən gələcək ekoloji pozğunluğun bünövrəsini qoymuşdur. Amma iri sənaye maqnatları çətin ki, bu ixtiraların həyata keçməsinə və ya istehsalına imkan versin.

Ekoloji halın dözülməz hala gəlməsi ozon qatının məhvi və oksigen qazının çox-çox azalması zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərərli şüaları, hava çatışmazlığı, kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və bunlardan doğan mənfurluqlar. İnsan ömrünün qısalması, səhhətlərin pozulması, doğuşların qeyri-normallığı , yaşama və işləmənin çətinləşməsi. Yaxın 150–200-ilə gözlənilən bu hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladır. İnsanların sayı artmaqla texnika və texniki tələbatlar artmağa doğru gedir.

İri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuşdur. İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlıq doğurur. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərin kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları yaranmışdır ki, bu da ətraf mühiti çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinə çevrilmişlər. Ekoloji baxımdan davamlı inkişaf prinsiplərinə müvafiq olaraq [Təhlükəli sənaye tullantılarının idarə olunması üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi zəruridir:

  • Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması;
  • Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması;
  • Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi;
  • Enerji alınması, eləcə də kompost alınması məqsədilə tullatılardan səmərəli istifadə və s.[1]

Ekoloji pozğunluğun aradan qaldirilmasi yolu

  1. Sənaye istehsalında oksigenə tələbatı təkmilləşdirmək, və digər zərərsiz tələbatı həyata keçirmək.
  2. Nəqliyyat sisteminin elektrikləşdirirlməsi, mexaniki və qeyri-mexaniki. Mexaniki dedikdə əsas və işlək yollara iki tərəfli elektrik xətlərinin çəkilməsi, avtomobillərin bu sistemə görə təkmilləşdirilməsi, yeni yol hərəkəti qaydalarının yaradılması və s.
  3. Torpaqların münbitləşdirilməsi və yeganə oksigen istehsal edən yaşıllıqların salınması, suvarma sisteminin təşkili və bütün bunların, ümumi və dövlət tərəfindən qorunması.

Mənbə

  1. Sakit Hüseynov. Davamlı insan inkişafı və ekoloji təhlükəsizlik.Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri mövzusunda Beynəlxalq konfransın materialları. Bakı, Azərbaycan Universiteti, 4–5 may 2011-ci il, s.176

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.