Ehtiras
Ehtiras — qüvvətli və davamlı emosional hal. Ehtiras insanı daim müəyyən məqsədə, müəyyən obyektə təhrik edən fəal qüvvədir. Ehtiraslar müsbət və mənfi olur. Məsələn, elmə, incəsənətə, ixtiraçılığa, ixtisasa, saf məhəbbətə olan ehtiras müsbət, spirtli içkilərə, qumara, varlanmağa olan ehtiras mənfidir. Müsbət ehtiraslar insanı ictimai əhəmiyyətli böyük yaradıcılıq fəaliyyətinə sövq edir.
![](../I/Frederick_Goodall_RA_-_Passionate_encounter.jpg.webp)
Rəssam Frederik Qudollun "Ehtiraslı görüş" əsəri
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.