Ehtimal

Ehtimal (alm. Wahrscheinlichkeit; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s. həqiqiliyə, düzgünlüyə olan münasibət dərəcəsi. Bu mənada ortaya çıxması vacib olmayan bir hadisənin ortaya çıxma imkanının ən yüksək dərəcəsi. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü.

Ehtimal – 1)təsadüfi hadisənin baş verməsinin mümkünlük dərəcəsinin ədədi xarakteristikası; 2)təkrar olunan bu və ya digər şəraitdə hadisələr silsiləsindəki hər hansı hadisənin baş vermə imkanının dərəcəsi. Elmi idrakın kateqoriyası kimi ehtimal kütləvi proseslər üçün xarakterik olan hadisələr arasındakı xüsusi əlaqələ-ri əks etdirir. Ehtimal, şəraitlə həmin şəraitdə baş verən hadisə arasında mövcud obyektiv əlaqəni xarakterizə edir. Gözlənilən hadisənin baş verəcəyi o zaman ehtimal edilir ki, hadisənin həmin şəraitdə obyektiv baş verməsi mümkün olsun. Bu zaman hadisənin nə vaxt həyata keçəcəyi bilinmir; 3)bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü; 4)ara söz mənasında (çox vaxt, "ki" bağla-yıcısı ilə) ola bilsin ki, yəqin ki, mümkündür; 5)güman, təxmin, təsəvvür, fərziyyə.

Mənbə

  • Adilə Nəzərova. "Fəlsəfə terminlərinin izahlı lüğəti".
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.