Eger-Yurd

Eger-YurdAzərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.

Eger-Yurd
40°05′20″ şm. e. 46°19′22″ ş. u.
Ölkə
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Eger-Yurd xəritədə
Eger-Yurd
Eger-Yurd
Eger-Yurd xəritədə
Eger-Yurd
Eger-Yurd

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Coğrafiyası və iqlimi

Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır[1].

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.