Efrayim Katsir

Efrayim Katsir (ivr. אפרים קציר; 3 (16) may 1916[1], Kiyev[1]30 may 2009[2][3][…], Rexovot, Mərkəz dairəsi[4]) — İsrail biofizikiİsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978).[6]

Efrayim Katsir
ivr. אפרים קציר
4-cü İsrail prezidenti
24 may 1973 24 may 1978
ƏvvəlkiZalman Şazar
Sonrakıİtshak Navon
Şəxsi məlumatlar
Doğum adı Эфраимъ Юдель-Гершевичъ Качальскій[1]
Doğum tarixi 3 (16) may 1916[1]
Doğum yeri
Vəfat tarixi 30 may 2009(2009-05-30)[2][3][…] (93 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya İsrail Əmək Partiyası
Təhsili
Fəaliyyəti bioloq, universitet müəllimi[d], siyasətçi
Həyat yoldaşı Nina Qotlib
Uşağı 1
Dini İudaizm
Rütbəsi polkovnik-leytenant
Elmi fəaliyyəti
Elm sahəsi Biofizika, biologiya, siyasət[5]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə[7]) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur.[8] Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır.[8] 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir. 1948-ci ildə Efrayim "Heyl Mada" — elmi tədqiqat və inkişaf korpusunun komandiri təyin edilir.[9] Qardaşı, Veysman İnstitutunda Polimer Tədqiqatları Departamentinin rəhbəri Aharon Katsir Lod Hava Limanında qırğın zamanı qətlə yetirilir.

Katsir Nina ilə ailə həyatı qurmuşdu. Nina Polşada anadan olmuş, 1986-cı ildə vəfat etmişdir. İngilis dili müəlliməsi olan Nina dilin tədrisi üçün özünəməxsus metod işləyib hazırlamışdı. Prezidentin xanımı olduğu zamanlarda uşaq kitablarının müəlliflərini və onların azyaşlı oxuyucularını Prezident İqamətgahına dəvət edərdi. Nina qızları Nurit və İritin xatirəsinə 1978-ci ildə Nurit Katsir Yerusəlim Teatr Mərkəzini qurmuşdu. Nurit karbon mono oksidin təsirinə məruz qalaraq bədbəxt hadisə nəticəsində həyatını itirmişdi. Digər qızları İrit isə özünü öldürmüşdü.[10] Onların Meir adlı bir oğlu və üç nəvəsi vardı. Efrayim Katsir 30 may 2009-cu ildə Rexovotdakı evində dünyasını dəyişmişdir.[8][11]

Elmi fəaliyyəti

Bruklin Politexnik İnstitutu, Kolumbiya UniversitetiHarvard Universitetində tədqiqatlarına davam etdikdən sonra İsrailə qayıdır və Rexovotda özünün də qurulmasında yaxından iştirak etdiyi Veysman Elmi İnstitutunda Biofikiza Departamentinin rəhbəri olur. 1966–1968-ci ildə Katsir İsrail Silahlı Qüvvələrinin baş elmi işçisi olur.[8] Onun ilk tədqiqat obyektləri sadə sintetik protein modellər olsa da, hazırda protein mühəndisliyi adlanan sahənin əsasını təşkil edən metodları da aşkar etmişdi.

Prezidentlik

Prezident Efrayim Katsir bədəvi şeyxləri ilə görüşür.

1973-cü ildə Qolda Meir Harvard Universitetində Katsirlə əlaqə saxlayır və ondan prezidentlik təklifini qəbul edib-etmədiyini soruşur. Bu zaman Efrayim soyadını "məhsul" mənasını verən "Katsir" olaraq dəyişdirir.

10 mart 1973-cü ildə Katsir Knesset tərəfindən İsrailin dördüncü prezidenti seçilir. O, 66 lehinə, 41 əleyhinə səs toplamaqla rəqibi Efrayim Urbaxa qalib gəlir və 24 may 1973-cü ildə prezidentlik səlahiyyətlərinin icrasına başlayır.

1977-ci ilin noyabrında Misir prezidenti Ənvər Sadatı qəbul edir: bu, bir ərəb dövlət başçısının İsrailə ilk rəsmi səfəri idi. Katsir həyat yoldaşının xəstəliyi səbəbi ilə ikinci dəfə prezident olmaqdan imtina etmiş[11] və ardınca İtshak Navon prezident seçilmişdir. Prezidentlikdən sonra yenidən elmi fəaliyyətinə davam etmişdir.

Mükafatları

  • 1959 — İsrail Mükafatı (təbiət elmləri üzrə)[12]
  • 1972 — Avropa Biokimyəvi Cəmiyyətləri Federasiyasının Cənab Hans Krebs Medalı[13]
  • 1977-ci ildə London Kral Cəmiyyətinin Xarici Üzvü seçilib.[6]
  • 1985 — Yaponiya Mükafatı
  • 2000-ci ildə Raşi Fondu Katsirin şərəfinə Katsir Təqaüd Proqramını yaratdı. Katsir burada direktorlar şurasının ilk üzvlərindən idi.[14]
  • Nümunəvi tərcüməyə görə Çernixovski Mükafatına da layiq görülmüşdür.

İstinadlar

  1. parish register.
  2. http://www.haaretz.com/hasen/spages/1089023.html.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Deutsche Nationalbibliothek Record #140573879 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Katzir, Ephraim // Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. Arnon, Ruth; Sela, Michael; Shindler, Colin. "Ephraim Katchalski-Katzir. 16 May 1916 — 30 May 2009". Biographical Memoirs of Fellows of the Royal Society. 2016. doi:10.1098/rsbm.2016.0015.
  7. KUnderground group's explosives maker who became president Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine. Theage.com.au. Retrieved on 9 September 2011.
  8. "Israel's fourth president, Ephraim Katzir, dies". The Times of India Bennett Coleman & Co. Ltd. 31 May 2009. 12 June 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2009.
  9. Katzir bio Arxivləşdirilib 2021-04-15 at the Wayback Machine. Zionism-israel.com. Retrieved on 9 September 2011.
  10. Nurit Katzir Jerusalem Theater Center Arxivləşdirilib 17 iyun 2011 at the Wayback Machine. Jerusalem.muni.il. Retrieved on 9 September 2011.
  11. Israel's fourth president Ephraim Katzir dies at 93 Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Haaretz, 31 may 2009
  12. "Israel Prize recipients in 1959 (in Hebrew)". Israel Prize Official Site. 7 March 2012 tarixində orijinalından arxivləşdirilib.
  13. The International Who's Who 2004. səh. 859.
  14. "Katzir Scholarship Program". 23 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-23.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.